İşləyən ananın uşağı olmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 983
Səs ver:
(səs: 0)

İşləyən ananın uşağı olmaq

 

 

Ingilis elm adamlarının araşdırmasına görə, işləyən anaların uşaqları anası evdə olan uşaqlar qədər fəal və həssasdırlar. Alimlər davranışları və ruhi sağlamlıqları baxımından işləyən anaların uşaqlarıyla evdar qadınların uşaqları arasında fərq tapılmadığını iddia edirlər. Onlar İngiltərənin cənub-qərb istiqamətində yaşayan 14 min uşaq üzərində bir araşdırma aparıblar.

10 il davam edən araşdırma nəticəsində anası işləyən və buna görə də bağçaya gedən uşaqların ruhi dəyişkənliyi olmadığı təyin edilib. Bundan başqa, onların dəcəllik etmədikləri və hər hansı ciddi problemi olmadığı məlum olub.


Araşdırmanın nəticəsini şərh edən Bristol Universitetinin elm adamları bildiriblər ki, ''Bu uşaqlar fiziki baxımdan ən azı anası evdə olan uşaqlar qədər fəaldır''.  Alimlərdən biri araşdırma zamanı maraqlı bir nəticə daha əldə etdiklərini bildirib. O, əldə edilən nəticələri belə izah edib: ''Araşdırmada sürpriz nəticə əldə etdik. Əgər valideynlərin son dərəcə fəal bir körpəsi varsa, uşaq 3 yaşına gəldiyi zaman valideynlər də daha çox fəal olur''.

 

Redakte etdi: Pretty girl

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri