UŞAQLAR ANA ATALARINDAN NƏ GÖZLƏYİR?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 221
Səs ver:
(səs: 1)

alt

 

Qucaqlayın: Uşağınızı hər gün ən azı 5 dəfə qucaqlayın, öpün, saçlarını oxşayın. Bu davranış uşağınızın özünü etibarlı hiss etməsini təmin edəcək. Qucaqlama əsnasında bədən serotonin ifraz edir. Serotonin bədənin dinclik və sakinlik kimyasıdır.

Uşağınızla dialoq qurmalısınız: "Sən" dili əvəzinə, "mən" dili istifadə edin. Gündə heç olmasa bir dəfə onu sevdiyinizi söyləyin. Davranışlarınızla, bədən dilinizlə də bunu dəstəkləyin. Beləcə, uşaq qəbul edildiyini, dəyər verildiyini hiss edir. Bu duyğunu davamlı hiss edən uşaqların ailəsinə və özünə etibarı artır.

Ona kitab oxuyun: Həftədə ən az 2-4 dəfə nağıl, hekayə oxuyun, səsinizi dəyişdirin, xarakteri canlandırın. Beləcə, uşağınızla ünsiyyətiniz müsbət şəkildə inkişaf edər, təxəyyül artar, söz bazası zənginləşər, nitq bacarığı yüksələr.

Onu anlamağa çalışın: Sizə bir problemini izah etdikdə "... "səni çox üzüb?", "oyuncağını qırıb?", anlayıram" şəklində onun cümlələrini ona təkrar edin. Bu sayədə duyğularını və hisslərinin tanımasına köməkçi olarsınız.

Sağlam qidalanmağı öyrədin: Evinizdə sağlam qidalar saxlayın. Uşağınız göy noxud yemirsə, onun yerinə şirin şeylər verməyin. Başqa bir tərəvəz verin. Bir neçə həftə sonra yenə qarşısına göy noxud qoyun. Yemirsə, bir ay sonra təkrarlayın. Burada əhəmiyyətli olan "yeməyəcəyəm" fikirindən çox "sevmirəm" düşüncəsinə keçməsidir. 

Qarşınızda kiçik bir yeniyetmə olduğunu unutmayın: Onun da seçim etməyə haqqı vardır. Biz yetkinlər istəmədiyimiz şeydən nəzakətlə imtina edə bilərik, ancaq onlar bu bacarığı hələ qazanmadıqları üçün həddindən artıq reaksiya verə bilərlər. Onlar üçün "Bunu istəmirəm" demək təbiidir. Siz də bu vəziyyəti təbii qarşılayın.

Onunla danışın: Hər gün heç olmasa 5 dəqiqə onunla danışın. (havadan, sudan). Bu davranış uşağınızda ünsiyyət bacarığının inkişafına köməkçi olacaq.

Ona diqqət yetirin: Yeməyini bəzəyin, ya da sadə bir hədiyyə alın. Onu düşündüyünüzü, dəyər verdiyinizi hiss etdirin.

Səbirli olun: Dəcəlliklərinə, tünd xasiyyətliklərinə, ya da kaprizlərinə qarşı səbirli olun. Səbirli ola bilmədiyiniz vəziyyətlərdə, heç olmasa o mühitdən uzaqlaşaraq, baş verə biləcək səhv şeylərin olmasının qarşısını alın. Səbirli olun ki, uşağınız da səbr etməyi öyrənsin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri