Uşaqlar üçün qida rasionunda - qara siyahı

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 3 007
Səs ver:
(səs: 2)
Amerikalı mütəxəssislər uşaqlar üçün zərərli olan qidaların yeni siyahısını açıqlayıb.
Qadınlar.Biz-in məlumatına görə, siyahıda olan yeməkləri uşaqlara verməyi alimlər məqbul saymır. "Qara siyahı” əsasən hazır qidalardan ibarətdir. Onların hamısı artıq çəki yaradır. Alimlər bundan əvvəl də zərərli qidalarla bağlı siyahı hazırlamışdı, orada zərərli ərzaqlar arasında ilk yeri çipsilər və qazlı sular tuturdu.
Yeni siyahıda çeşidlərin sayı artırılıb və bura kartof-fri, qızardılmış balıq, istənilən növ şirniyyatlar, habelə dəfələrlə istifadə olunan yağ daxil edilib. Un məmulatları da çəki artıran məhsul hesab olunub. Çipsi və qazlı sular yenə də siyahıda saxlanılıb. Alimlər bildiriblər ki, siyahıya daxil edilən məhsulların uşaq orqanizmi üçün heç bir faydası yoxdur. Bu qidalar yalnız əlavə çəki yığmağa yarayır. 
Müxtəlif növ süd kokteyllərindən də imtina etmək gərəkdir, onlar da zərərli qidalar siyahısındadır. Faydalı ərzaqlara gəlincə, mütəxəssislər uşaqları sıyıqlar, qədərincə çörək, tərəvəz, meyvə, göy-göyərti və göbələk yedizdirməyi məsləhət görür. Ət məhsullarından yalnız toyuq ətini rasiona daxil etmək olar.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri