Yoqurt həm balacalar həm də böyüklər üçün xeyirlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 570
Səs ver:
(səs: 1)
O, həzm sisteminin işini asanlaşdırır, üstəlik meyvə ilə qarışdırılmış (meyvəsiz yoqurt da hazırlamaq olar) süd məhsulu kimi vitaminlərlə–kalsiumla, zülalla zəngindir. Yoqurt sümükləri, immuniteti möhkəmləndirir. 

Ancaq satışda olan ən etibarlı yoqurtlar belə bəzən əsaslı şübhələrimizə səbəb olur. Ən çox reklam olunan, əminliklə təriflənən yoqurtlar barədə bizi təşvişə salan məqalələr oxuyuruq. Ən yaxşısı uşaqlara özümüzün hazırladığımız yoqurtları verməkdir. 

Yoqurt hazırlamaq çətin iş deyil. 

Bunun üçün bir neçə qaşıq süzmə qatığı azacıq su ilə qatırıq (adi qatıq da olar, bu halda suya ehtiyac yoxdur). Bir çay qaşığı şəkər tozu, bir az da meyvə lazımdır. Mövsümdən, uşağın səhhətindən və zövqündən asılı olaraq, bir və ya bir neçə meyvədən istifadə etmək olar. Meyvəni sürtgəcdən keçirib, qatığa əlavə edin. Rəngli olmağını istəyirsinizsə, yoqurta nar sıxın və ya qırmızı meyvə mürəbbəsinin suyundan bir çay qaşığı əlavə edin. Yoqurt hazırdır. 

Yoqurta çörək və ya suxarı da əzmək olar. 

Uşaq böyüyəndən sonra yoqurtun meyvəsini sadəcə əzə və ya doğraya bilərsiniz. 

Süd məhsulu olduğu üçün yoqurt otaq temperaturunda çox saxlamaq olmaz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri