Körpənizin temperaturu qalxıbsa... - Bu üsullarla aşağı salın

Müəllif: adsiz-a
Şərhlər: 3
Baxılıb: 3658
Səs ver:
(səs: 1)
Körpənizin temperaturu qalxıbsa, təqdim etdiyimiz bu üsullarla qısa müddətdə temperaturu aşağı salın.

Körpənin temperaturu qalxanda ilk edəcəyimiz üsul, alnına yaş bez qoyun. Bez islandıqca, təkrar isladıb, sıxın və yenidən alnına qoyun. Temperatur düşənə qədər bu üsulu tətbiq edin.

İlıq duş körpənin bədən istiliyini tənzimləməyə köməkçi olur. Ancaq suyun çox isti və ya çox soyuq olmasına diqqət edin. Duşdan dərhal sonra körpənizi geyindirin.

Olduqca faydalı olan ana südü körpənin immunitetini gücləndirib, xəstəliklə mübarizə aparmağa kömək olur. Ana südü körpənin temperatur qalxanda da ən yaxşı üsuldur.

Bəzən valideynlər körpə xəstələnərkən, qalın geyindirir. Bu zaman körpə narahat olur, bədən temperaturu daha da çox qalxa bilər. Yatarkən də, üstünü nazik ədyalla örtmək kifayətdir.

Temperaturun azalmasına kömək edəcək üsullardan biri də, ayaq masajıdır. Belə ki, ilıq bitki yağı ilə körpənizin ayaqlarının altını masaj edin. Bununla körpə rahatlayacaq, daha yaxşı yatacaq və daha tez yaxşılaşacaq.

Alma sirkəsi də temperaturu salmağa kömək edir. Dörddə bir stəkan sirkəni bir kasa ilıq su ilə qarışdırın. Bir bezi bu qarışıqla isladıb, körpənin bədənini silin.

Körpələr xəstə olduqları zaman çox su itirər. Bədəndəki su itkisini təmin etmək üçün su içirdin. 6 aydan böyük körpələrdə maye itkisini təmin etmək üçün soyuq süd və qatıq verin.

Körpənizin otaq temperaturunu nizamlayın. Körpənin olduğu otaq nə çox isti, nə də çox soyuq olmamalıdır. Otaq istiliyinin 21-23 dərəcə arasında olmasına diqqət edin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri