Körpənizin dərisinə pudra vurmayın

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 325
Səs ver:
(səs: 2)
Körpənizin gündəlik baxımının vacib bir hissəsini onun təmizliyi meydana gətirər. Yeni doğan körpənin dərisi yumşaq və həssasdır.

Dərinin çirkli qalması nəticəsi səpgiler və dəri infeksiyaları asan inkişaf edər. Çox geydirilən və çox isti mühitdə qalan körpələrdə istilik ola bilər. Körpəniz böyüdükcə yuyunma ehtiyacları da dəyişəcək. Yeməkləri saçlarına çəkəcək, əlləri ilə dünyanı kəşf edəcək, altını təmizləyərkən sizdən kömək istəyəcək və üstünü başını daha sıx çirklədəcək. Bununla birlikdə hər gün duş qəbul etdirməniz lazım deyil, təmiz bir süngər ilə əlini, üzünü silib yanını yuyaraq da təmizlik işini təhlil edə bilərsiniz. Bu vaxt körpəniz qısa zamanda duş qəbul etmənin kefinə çatacaq, duş həyatınızın əhəmiyyətli bir parçası halına gələcəkdir. Dəri baxımında pudra istifadə edilməməlidir. Duşdan sonra xüsusilə dəri qıvrım yerlərinin yaxşıca qurulanmasına diqqət yetirilməlidir. Dəri quru, soyulan körpələrdə xüsusi yumşaldıcı dəri losyonları istifadə edilə bilər. Təbii zeytunyağı belə quru dərilərə yaxşı gəlir.

Ağız baxımı
Dil və ağız mukozası normal görünüşdə olan körpədə ağız baxımına ehtiyac yoxdur. Yalnız ananın məmə ucunu əmizdirmədən əvvəl qaynamış ilıq su ilə təmizləməsi kifayətdir. Körpə pamukçuk baxımından müşahidə edilməlidir. Pamukçuk körpənin dilində və yanaq içlərində ağ bir təbəqəyə səbəb olar. Çox və geniş deyilsə əmmə çətinliyinə gətirib çıxarmaz. Pamukçuk varsa karbonatlı su ilə ağız təmizliyi edilməli, həkim təklif edirsə xüsusi damlalar müalicəyə əlavə olunmalıdır.

Göbək baxımı
Göbək bağı 5-10 gündə quruyaraq düşər. Göbək yarasından bir neçə gün qanlı və ya qansız sızıntı ola bilər. Gərək göbək düşməsindən əvvəl, gərək düşdükdən sonra 1 -2 gün qurumağı sürətləndirmək, eyni zamanda infeksiyasnı önləmək üçün göbək çuxuruna və göbək yarasına hər gün bir dəfə antiseptik ( 70%-lik spirt ya da antiseptik solüsyonlar) tətbiq olunar. Körpənizin göbəyi şiş, qırmızı isə ya da axıntı və ya qan gəlirsə zaman keçirmədən həkimlə məsləhətləşməlisiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri