Süd dişlərinə qulluq

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 395
Paylaş:
Səs ver:
(səs: 0)
Bir çox valideynlər uşağın süd dişlərinin vəziyyətinə nəzarət etmir. Lakin bu düzgün deyil. Süd dişlərinə daimi dişlərinə olduğu kimi qulluq etmək lazımdır.
Uşağın süd dişlərini gündə 2 dəfədən az olmayaraq təmizləmək, lazım olduqda müalicə etmək lazımdır.
Uşaq dünyaya gəldiyi andan ana onun sağlamlığının qayğısına qalmalıdır. Bu dişlərin sağlamlığına da aiddir. İlk növbədə ana uşağı 2 yaşına kimi öz südü ilə qidalandırmağa çalışmalıdır. Bu olduqca vacibdir. Ana südündə körpənin sağlamlığı üçün vacib olan bütün maddələr var.
Uşaqlarda hətta 1-2 diş çıxdıqda, onları mütləq təmizləmək lazımdır. Bunun üçün ana barmağına qaynanmış suda isladılmış steril tənzif dolamalı və hər gün səhər və axşam uşağın dişlərini ehtiyatla təmizləməlidir. Bir qədər böyük uşaqlara qida qəbulundan sonra ağzının yaxalamağını və diş fırçası ilə (hələ ki məcunsuz) təmizləməyini öyrətmək lazımdır.
Uşağın bütün süd dişləri çıxdıqda (bu təxminən 2-2,5 yaşında baş verir) uşaq dişlərini diş fırçası və diş məcunu ilə təmizləməyə başlamalıdır. Uşaqların yaşına uyğun xüsusi diş fırçaları buraxılır.
Uşaq diş məcunun tərkibi daha zərərsiz olur. Kiçik yaşlı uşaqlar diş pastasının bir çox hissəsini udur və bu səbəbdən fırçaya az miqdarda məcun sıxın. Uşaq dişlərinin təmizləməyini yaxşı öyrəndikdə (ağzını yaxşı yaxalayır, diş məcununu udmur) böyüklər üçün nəzərdə tutulmuş diş pastalarına keçid alın. Belə pastaların tərkibində çoxlu ftor, fosfor və kalsium var ki, bu zəif süd dişlər üçün olduqca vacibdir.
Bir qədər böyümüş uşağı mütləq fincandan içməyə öyrədin. Əmzikli şüşədən şirin maye içən uşaqların dişləri daha tez xarab olur.
Axşam və xüsusilə də gecə vaxtlarda uşaqlara şirin maye verməyin. Ümumillikdə uşaqları şirin çaya, şirin kompotlara, konfetlərə (xüsusilə karamellərə və "iris"lərə) və s. bu kimi şirniyyatlara öyrəşdirməyin. Şirniyyat kimi uşağa meyvə quruları (ərik qurusu, qavalı qurusu, kişmiş və s.) vermək daha yaxşıdır. 2 yaşından sonra uşağa az miqdarda (!) bal, marmelad, şokolad vermək olar.
Süd dişlərində olan karies mütləq müalicə olunmalıdır. Süd dişlərinin emalı (daimi dişlərlə müqayisədə) daha nazikdir və bu səbəbdən burada karies daha sürətlə inkişaf edir. Vaxtında müalicə olunmadıqda karies fəsadlaşa bilər - irinli iltihablar (pulpit və hətta periodontit) inkişaf edə bilər. Bundan əlavə bu proses sağlam "qonşu" dişlərinə də çox tez keçir.
Kariesli diş (xüsusilə də belə dişlər çox olduqda) orqanizmdə infeksiya mənbəyi yaradır. Bu isə zəif uşaq orqanizmi üçün çox ziyanlıdır - uşağın immuniteti zəifləyir, bu fonda isə uşaqda müxtəlif xəstəliklər inkişaf edə bilər. Bu səbəbdən uşağın dişlərində ilk qara ləkə gördükdə mütləq uşaq stomatoloquna müraciət edin.
Yaxşı uşaq stomatoloqu ciddi səbəb olmadan süd dişi çəkməz, müalicə edər. Süd dişlərin düşünülməmiş çəkilməsi diş-çənə sisteminin pozulmalarına gətirə bilər - "qonşu" dişlər yerlərini dəyişir, ki nəticədə daimi dişlərin çıxması prosesi çətinləşir. Dişlərin olmaması çeynəmə prosesini də çətinləşdirir. Nəticədə uşaq yaxşı çeynənməmiş qidanı udur ki, bu uşağın həzm sisteminə mənfi təsir edir.
Dişlərin sağlamlığında sağlam qidalanma böyük rol oynayır. Uşaq daim süd məhsullarını (kəsmik, xama, qatıq, kefir və s.) yeməlidir. Bundan əlavə uşağa bərk qidaları vermək lazımdır. Uşaq təzə alma, kök, bişmiş ət, suxarı, qoz-fındıq yeməlidir. Daim yumşaq qidaları (kotlet, banan, püre, sıyıq və s.) yeyən uşaq qidanı düzgün və yaxşı çeynəyə bilmir ki, bu isə dişlərin sağlamlığına mənfi təsir edir.
5 yaşından başlayaraq uşağın süd dişləri seyrək olmalıdır. Əgər dişlər sıx yerləşirsə, bu o deməkdir ki, uşaq lazım olan miqdarda bərk qidaları qəbul etmir. Bunun nəticəsində isə daimi dişlər əyri çıxa bilər.
Beləliklə, süd dişlərinin sağlamlığı daimi dişlərinin sağlamlığının təminatıdır.
Daimi dişlər təxminən 6 yaşından 14 yaşına kimi çıxır. Ağıl dişləri daha gec (bəzən 20-25 yaşında) çıxır. Hal hazırda bir çox insanlarda ağıl dişləri ümumiyyətlə çıxmır.

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 395
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumatdir

maraqli melumatdir
17 sentyabr 2016 20:54
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cindrella
Usaqlara balaca yasdan dislere qulluq etmeleri gerekdiyini oyretmek gerekdir.
17 sentyabr 2016 19:30
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv