Uşağın qaz sancısının qarşısını alan TƏBİİ YOL

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 920
Səs ver:
(səs: 0)
Ana olan qadınların ən böyük çətinliyi yeni həyatla ayaqlaşmaqdır. Belə halda ailəyə yeni qatılan körpənin sıxıntılarını çözməyə çalışırlar.

Körpələrin çoxunun isə ortaq bir problemi olur: qaz sancısı. Bu, yeni doğulan hər körpədə sıx rastlanan bir haldır. 2-3 həftəliyində başlayıb uzağı 3 aya qədər davam edir.

Uşağın qaz sancısının qarşısını alan TƏBİİ YOL


Körpələrdə qaz sancının qarşısını əvvəlcədən almaq olarmı?

Əlbəttə, olar. Təbii ki, bu məsləhətlərə əməl edərək.

Körpəyə ana südü verərkən onu yatılı şəkildə deyil, dik vəziyyətdə tutun.

Körpə ağlayarkən səbrli olun və içində çəkdiyi ağrının nə qədər böyük olduğunu ağlınızdan çıxarmayın. Bəzi körpələr çox ağladıqları halda rəngləri göyərir, nəfəsləri gedir. Onu bu hala çatdırmamağa çalışın. Körpəni arabasında gəzdirin.

Saç quruducu alət, tozsoranın səsi onu rahatladacaq. Yemək yeyəndən sonra başını çiyninizə qoyub kürəyini yüngül şəkildə ovun. Üzüstü yatızdırıb dairəvi hərəkətlərlə belinə masaj edin. Qaz çıxaran dərmanlara son anda müraciət edin.

Bitki mənşəli üsullara daha çox yer verin.

Razyana çayı körpələrdə qaz problemini həll edirmi?

Razyana çayının körpələrdə qaz problemini həll etdiyi mütəxəssislər tərəfindən də təsdiqlənib.

Kofe qabına yarısından az miqdarda su tökün, içinə bir çay qaşığı razyana əlavə edin. Ocağa qoyaraq qaynadın. Qaynadıqdan sonra altını söndürün, 6-7 dəqiqə dəmlənməsini gözləyin. Çay dəmləndikdən sonra süzün. Gün boyu az-az uşağa içirdin.

Qaz probleminə qarşı masaj
Qaz probleminə qarşı edilə biləcək ən təsirli üsullardan biri də masajdır. Bu masajla körpənizin qazını buraxmasına yardımçı ola bilərsiniz. Əlinizə bir az uşaq yağı tökün, ayaqlarını aşağı-yuxarı çəkərək 6 dəfə çəkmə hərəkəti edin. Daha sonra ayaqlarından tutub qarın bölgəsinə sıxın, 6 saniyə belə gözləyin. Daha sonra qarın bölgəsində saat istiqamətində yüngül toxunuşlarla masaj edin. Bunu 3 dəfə etdikdən sonra qucağınıza alıb kürəyinə yüngülcə ovxalayın.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri