Uşağınızın boğazında çöp qalır?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 97 013
Səs ver:
(səs: 7)

 Uşağınızın boğazında çöp qalır?

Çöp nədir?

Nəfəs və qida borusunun arasında kiçik çala vardır ki, yemək zamanı qidanın həmin çalaya düşən hissəsinə çöp deyirlər. Həmin çala tədricən yaranır. Biz böyüklər bu problemi asanlıqla - öskürərək aradan qaldırırıq. Amma körpələrimiz bunu edə bilmirlər.  Hər fürsətdə əlinə keçəni ağzına aparan uşaqlarda çöp problemi tez-tez baş verir.Elə uşaq da vardır ki, hətta yediyi yeməyə belə diqqətlə baxır. Bu uşaqlar isə çöp tutmayan uşaqlar növünə aiddirlər. Çöp istənilən qida qalığı, alma qabığı, mandarin, apelsin, marmelad, karamel, ət parçası, saqqız, tofita dediyimiz uşaq konfeti, oyuncaq hissələri,kiçik mismarlar (uşaq maşınlarından), kibritlər, kukla saçı, muncuq və.s Bunlar çoxdur. Baxır uşağınız hansını seçir :)

 Çöpçünün işi

 Bəli, çöp varsa çöpçü də vardır. Təəssüflər olsun ki, indi fırıldaqçı çöpçülər daha geniş yayılıbılar. Onlar valideynin fikrini dağıdaraq ani anda əlində olanı elə jestlə göstərirlər ki, elə bilirsiz ki, uşağınızın boğazından bu çıxıb. Əslində isə çöpçü 2 çür çöp çıxardır. Buna diqqətli olun. 

          1. Uşağın burnuna ufurərək (uşaq öyüyür və qəfl əlinizə uşağın boğazından çöp düşür). 

          2. Uşağın qida borusuna yüngülcə basaraq (bu zaman çöp mədəyə ötürülür, nəcislə xaric olur).

 Uşaqda "çöp" əlamətləri

 Hər bir uşaqda çöp əlamətləri eyni olur. Onlar aşağıdakılardır:

 1. Gecə uşağın tez-tez dönərək, narahat yatması.

2. Yatarkən arxasını qaldırması və başını yastığına tez-tez sürtməsi.

3. Gün ərzində hər zamankından fərqli olaraq daha tez-tez su içməsi.

4. Kirpiklərinin  nəm olması.

5. Kirpiklərinin dən-dən düz vəziyyət alması.

6. Öyüyüb qidanı qaytarması (əksər hallarda yatarkən, yeməkdən dərhal sonra)

7. Qızdırma minimum 38 olması.

8. Yeməkdən (ən sevdiyindən belə) imtina etməsi və ya digər günlərə nisbətən daha az yeməsi. 
Əgər uşağınızda son 3 hal varsa, demək çöp artıq 3 gündür ki, balanızın boğazındadır. Belə halda isə mütləq çöpçüyə göstərmək lazımdır. Yox, əgər ilk 5  əlamət varsa digər 3 bənd özünü biruzə verməmiş  çöpçüyə gedin. Çünki, çöpün verdiyi qızdırmanı saılmaq çox çətin məsələdir.  Diqqət edin ki, çöpçü uşağın boğazındakı çöpün neçə günlük olduğunu desin. Evə gəldiyinizdə çobanyastığı (aptekdən ala bilərsiz) alıb dəmləyin. İçinə qənd atıb şirin edin ki uşağınız içsin.Bu çay uşağınızın boğazını mikroblardan təmizləyərək,antibiotik rolunu oynayacaq. Amma çox tünd etməyin,sonra ziyan olar uşağa. Yox əgər hər 8 əlamətlə çöpçüyə getmisizsə və çöp mədəyə ötürülübsə (və ya çıxardıbsa) onda sizə tək çobanyastığı kifayət etməyəcək.Bu halda uşağa özbaşına heç bir dərman verməyin,həkimlə məsləhətləşəndən sonra onun təyin etdiyi dərmanları içirdin.Çünki uşaq qaytardıqdan sonra qızdırmalı halda aparmısızsa, bu o deməkdir ki, uşağınızın boğazı çirk edib və tamamilə yara olub.Əgər çöp  mədəsinə  ötürülübsə, nəcislə bədəndən tam xaric olana kimi qızdırması olacaq.Hər uşaq eyni qidadan növbəti dəfə də çöp tuta bilər. bunun üçün diqqətli olun.Aldığınız oyuncaqların təhlükəsizliyinə əmin olun.  
 

Bəzi valideynlər çöpçüyə inanmadıqları üçün həkimə aparırlar.Həkim də sağ olsun, iynə-dərman yazır.Amma bir boğazda ki, qida qalıb, onu ordan çıxartmadan heç bir dərman təsir etməz.  

 Bir də, bəzi çöpçülər uşağınızın bir daha çöp tutmamağı üçün (pul qarşılığında) zəmanət verirsə inanmayın. Çünki həmin çöpü çıxartma ərəfəsində uşağı qorxutmaqdan başqa bir iş görmürlər.Beləcə bəzi uşaqlar bir daha qorxduqları üçün hər şeyi ağızlarına aparmırlar, bəziləri də heç nə olmamış kimi yenidən çöp tutmağa davam edirlər. Əslində isə uşağınıza zaman verin və inanın ki, hər uşağın çöp tutmamaq yaşı müxtəlifdir. Əsas odur ki, uzun müddət uşağın çöp tutmamağına çalışın. Həmin çala (çöp yığılan hissə) bir qədər dayazlaşmalıdır. Bir az diqqət edin ki, balanız əlinə kiçik ölçüdə heç nə almasın. Yediyi yeməyi dəfələrlə yoxlayın. Beləcə bir daha çöp tutmayacaq.

(səs: 7)
Şərhlər: 1
Baxılıb: 97 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri