Körpəyə lazımıı qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 414
Səs ver:
(səs: 0)
Göbək ciyəsi – embrionu, daha sonra dölü bətndə cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzvdür. Onun uzunluğu 50-70 sm və daha artıq ola bilir. Bu da dölün ana bətnində sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Bu müvəqqəti orqan karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra kəsilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir.

Cift və göbək ciyəsi, belə desək körpənin xarici qan dövranı sistemidir. Körpə anadan olandan sonra onun qanının təxminən üçdə bir hissəsi hələ də xarici qan dövranı sistemində mövcud olur. Lakin doğuşdan sonra bu qan körpənin bədəninə yol tapır. Amma göbək ciyəsinin doğuşdan dərhal sonra kəsilməsi qanın körpənin bədəninə köçməsi prosesə mane olur. Göbək ciyəsinin tez bir zamanda kəsilməsi praktikası 1960-cı illərin standartlarına uyğundur. Həmin dövrdə tibb hesab edirdi ki, tezliklə kəsilən göbək ciyəsi analarda doğuşsonrası qanxamaları azalda bilər. Sonralar aparılan araşdırmalar isə bunu təsdiq etməsə də bu praktika hələ də davam etməkdədir.

Bişməcələrin qarşısını necə almaq olar?
Körpələri bişməcələrdən qorumaq üçün tez-tez çimizdirmək lazımdır. Pediatr yeni doğulmuş uşaqların tez-tez çimizdirilməsini məsləhət görür. "Körpənin göbəyini nəzərə almaq şərtilə çimizdirmək lazımdır. Yay fəslində doğulmuş uşaqların göbəklərinə xüsusi qulluq edilməlidir. Valideyn mütləq pediatrın məsləhətinə qulaq asmalıdır".

Bişməcələrin qarşısını almaq üçün müxtəlif növ kremlər və pudralar vardır. Bezlərdən həddindən artıq istifadə də uşağın dərisində, əsasən də qasıq, qarın nahiyəsində səpkilərin yaranmasına səbəb olur. Həkim-pediatr S.Bayramova qeyd edir ki, valideynlər öz rahatlıqları üçün bezlərə üstünlük verirlər: "Körpəni də nəzərə almaq lazımdır. Xüsusilə yayda bezlərdən istifadəni məsləhət görmürəm".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri