Uşağa qulluqda bilməniz lazım olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 792
Səs ver:
(səs: 0)
Uşağın başı yumru formalı və bir neçə yumşaq sümükdən ibarətdir. Onu düz və bərk yerə qoyan zaman baş asanca deformasiya olunur və arxa hissəsi hamarlaşır, lövhə tək düz olur. Təzə doğulduğu dövrdə uşağın başına istənilən formanı vermək mümkündür. Yaxşı olar ki, təzə doğulmuş körpəni baş tərəfi bir qədər hündür olan pambıq yastığın üzərinə böyrü üstə qoyasınız ki, qusarkən boğulmasın. Üzünün altından yumşaq salfet sərin. Uşağın vəziyyətini mütləq sağ böyürdən sol böyürə dəyişmək, bu zaman yastığının vəziyyətini də çarpayının bu başından o biri başına qoyub dəyişmək lazımdır, çünki uşaqlar həmişə işığa doğru çevrilirlər.
Onurğa sütunu düz taxta deyil, onun da öz əyrilikləri var və burda əyiləsi bir şey yoxdur, xüsusən də nəzərə alsaq ki, döl ana bətnində bütün hamiləlik boyunca “embrion pozu” deyilən əyilmiş vəziyyətdə qalıb ilıq dölətrafı sularda üzür.

Çimdirmək və qidalanması:

Uşağı istənilən yedizdirmədən əvvəl çimdirmək olar. Su temperaturu insan bədəninin temperaturuna (37 dərəcə) uyğun olmalıdır, temperaturun səviyyəsini isə xüsusi su temperaturu ilə ölçmək olar. Suyu qaynatmağa və ona mərkəzləşdirilmiş su təmini şəraitində dezinfeksiya edici vasitələri əlavə etməyə ehtiyac yoxdur. Ətraf hava temperaturu təxminən 20 dərəcə olmalıdır. 6 aya qədər uşağı hər gün adi su ilə, maye uşaq sabunu və ya vanna üçün köpüyünün tətbiqi isə həftədə 1 dəfə olmalıdır. Uşağı sabunla hər gün vanna qəbulu zamanı və ya hər qarnın işləməsindən sonra çimdirmək olar.

Ev şəraitində hazırlanmış sıyıqlar haqqında:
Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.
Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara uşaqlar üçün xüsusi buraxılan quru süd, ana südü və ya süni süd əlavə etmək olar (və ya hazır südlü sıyıqları almaq olar). Nəzərinizə çatdıraq ki, inək (və ya keçi) südü uşağın pəhrizinə yalnız 1 yaşından (bəzi pediatrların fikirinə görə, 2 yaşından) sonra daxil etmək olar.6-aylıq körpə gün ərzində adətən 5 dəfə qida qəbul edir (1 dəfə sıyıq, 4 dəfə ana südü və ya süni süd).
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 6 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri