Qızılca haqqında

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 6 727
Səs ver:
(səs: 0)
Qızılca virus xəstəliyidi. Bu infeksiya hava-damcı yolu ilə yayılır. Virus xəstə asqırdıqda, öskürdükdə, danışdıqda (ağız suyunun mikroskopik damcılarla) ətraf mühitə yayılır.
İnfeksiyanın mənbəyi yalnız xəstə insan sayılır, yəni infeksiya 3-cü şəxslərdən, ümumi məişət əşyalardan, oyuncaqlardan və s. yollarla xəstə insandan sağlam insana keçmir. Xəstəliyin inkubasiya dövrü (xəstəliyə yoluxmadan xəstəliyin ilkin əlamətləri meydana çıxan müddət) təxminən 7-14 gün təşkil edir.
Xəstə hərarət qalxdığı gündən səpmənin 4-cü-5-ci gününə kimi ətrafdakıları bu infeksiyaya yoluxdura bilər. Səpmənin 5-ci günündən xəstə yoluxucu sayılmır.
Xəstəliyi keçirən insanın orqanizmində bu xəstəliyə qarşı ömürlük və davamlı immunitet yaranır. Lakin bəzi istisna hallarda (immunitetin kəskin düşməsi və s.) insan bu xəstəliyə təkar yoluxa bilər.
Milli peyvənd təqviminə görə, bizim ölkədə bütün uşaqlar bu xəstəliyə qarşı peyvənd olunmalıdı. Peyvənd olunan uşaq da qızılcaya yoluxa bilər. Lakin peyvənd olunan uşaqlarla müqayisədə peyvənd olunmamış uşaqlarda bu infeksiya daha tez-tez hallarda müxtəlif və bəzən çox ağır fəsadlara səbəb olur. Bu fəsadların arasında - otit (orta qulağın iltihabı), korluq, pnevmoniya, laringit, stomatit, boyunun limfatik düyünlərinin iltihabı, ensefalit (beyinin iltihabı) və s.
Təəssüf ki, qızılcanın fəsadlarına çox rast gəlinir. Bu səbəbdən xəstəliyin müalicəsi həkimin nəzarəti altında aparılmalıdı.
Xəstəlik bədən hərarətinin 38—39°С yüksəlməsindən, ümumi halsızlıqdan, iştahanın kəskin azalmasından, başağrısından başlayır, xəstədə zökəm, quru kobud öskürək, konyunktivit (gözün selikli qişasının iltihabı) inkişaf edir. Xəstəliyin 2-3-cü günü yanaqların selikli qişalarında səpgilər əmələ gəlir. Xarici görünüşünə görə bu səpgilər manna yarmasına bənzəyir. Xəstəliyin 4-5-ci günü çəhrayi rəngdə xırda sıx-sıx səpgilər əmələ gəlir. Əvvəl səpgilər xəstənin qulaqların arxasında və alnında, daha sonra isə üzündə, boynunda, bədənində və ətraflarında əmələ gəlir. Səpgilər ləkələr formasında ola bilər, ləkələrin arasında sağlam dəri sahələri görünür.
Səpmənin maksimal dövründə hərarət yenidən yüksək rəqəmlərə (39-40°C) qalxa bilər. Səpgilər 4-7 gün ərzində qalır və daha sonra yox olmağa başlayır. Səpgilərin yerində qəhvəyi rəngdə qabıq verən piqmentasiya ocaqları qalır. Təxminən 2 həftədən sonra dəri tam təmizlənir. Onu da nəzərinizə çatdıraq ki, xəstəliyi keçirdən insanın immuniteti yalnız 1 aydan sonra bərpa olunur. Bu səbəbdən qızılcanı keçirmiş insan bu müddət ərzində özünü qorumalıdı.
Qızılcaya şübhə yarandıqda dərhal həkimə müraciət etmək lazımdı. Müayinədən sonra həkim dəqiq diaqnoz qoya bilər.
Qızılcaya yoluxan xəstələr adətən ev şəraitində müalicə alır. Xəstəlik ağır keçdikdə xəstə stasionar şəraitində müalicə olunmalıdı.
Xəstəliyin xüsusi müalicəsi yoxdu, müalicə simptomatik xarakter daşıyır: hərarət salan dərmanlar, bəlğəmgətirici dərmanlar, göz və zökəm əleyhinə damcılar (həkim təyin edir). Xəstə çoxlu miqdarda maye (şirə, kompot, su) içməli (intoksikasiya ilə mübarizə), vitaminlər qəbul etməlidir. Yüksək hərarət olduqda xəstəyə yataq rejimi təyin olunur. Ağırlaşmalar meydana çıxdıqda xəstəyə antibakterial terapiya (antibiotiklər) təyin olunur.
Xəstə insan sağlam insanlardan izolyasiya olunmalıdı - uşaq məktəbə, uşaq baxçasına getməməli, böyük - işə çıxmamalıdı. Kiçik yaşlı uşaqlar, hamilə qadınlar qızılca xəstəliyinə yoluxan insanla heç bir halda kontakt etməməlidi. Yaxşı olardı ki, xəstəyə qızılcanı keçirdən insan baxsın. Xəstə olan otaq gündə bir neçə dəfə silinməli, otağın havası tez-tez dəyişilməlidi. Bu sadə tətbirlər virusun yayılmasına maneçilik törədir.
Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərin fikirinə görə, bu xəstəliyin profilaktikası yalnız ümumi vaksinasiyadan (peyvənd) ibarətdir. Həkimlərin fikirinə görə, qızılca halların çoxalmasının səbəbi isə son zamanlar valideynlərin vaksinasiyadan yayınmasıdı. Bu çox ciddi problemdir.
Müxtəlif və tibbdən uzaq olan mənbələrdən ("qonşu dedi", "tanışdan eşitdim") valideynlər peyvəndlərin uşaqlarına ziyan olmduğundan yanlış məlumat alır və peyvəndlərdən hər vəchlə yayınırlar. Nəticədə peyvənd olunan uşaqların sayı azalır, peyvənd olunmayan uşaqların sayı isə çoxalır. Bu isə cəmiyyətdə təhlükəli epidemioloji vəziyyət yaradır.
Əgər yaşadığınız ərazidə qızılca halları çoxalıbsa, teatra, kinoya və s. insanların (xüsusən uşaqların) çox olan yerlərə getməyin, kütləvi nəqliyyatdan mümkün qədər az istifadə edin. Açıq havada virus tez bir zamanda məhv olur, lakin qapalı yerlərdə hətta bir neçə saat ərzində öz aktivliyini saxlayır.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 727
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri