Böyüklərlə birgə qidalanan uşaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 960
Səs ver:
(səs: 1)

Sağlam uşaqların qidalanması bu bölmədə artıq yenidoğulmuş mərhələsini keçmiş və böyüklərlə birgə qidalanan uşaqlar haqqında danışacıq.

Balacaların qidalanması valideynlərin həyatının əsəs məqsədinə çevrilməməlidir. Əsas narahat edən mövzulardan biri iştaha faktorudur. İştaha-uşağın qida qəbuluna olan həvəsidir və enerji itkisinin göstəricisidir. Enerji isə onun boy artımına,gündəlik hərəkətlərinə sərf olunur.Beləliklə, iştahanın qəbul olunan qidanın orqanizmdə mənimsənilməsində böyük rolu var. Qidanın daima günün eyni vaxtında qəbul olunması orqanizmdə bir çox dəyişikliklərə səbəb olur, qida qəbulundan əvvəl həmin saatda mədə və bağırsaq şirələri ifraz olunur, bunun isə həzmə çox böyük faydası var. Lakin həmişə eyni vaxtda qidanı qəbul etmək mümkün deyil. İştahanın olmaması onların tam qidadan imtina etməsi ən böyük problemlərdən biridir. Əgər uşaqlar ananın hazırladığı yeməyi yeməyib öz sevdiyi qidanı tələb edirsə,bele uşaqlar daha çox aqressiv və eqoist böyüyürlər. Belə qəbul olunub ki, gündə ən azı bir dəfə isti və sulu yeməklərdən istifadə etmək məsləhətlidir.

Uşaqların ən çox sevdiyi qidalara şirniyyatlar aiddir. Artıq çəki və iştaha problemi olmayan uşaqlarda asan əldə olunan və yüksək enerjili şırniyyatların qəbulu heç bir çətinliklərə səbəb olmur. Lakin nəzərə almaq lazımdır ki, şirniyyatlar, xüsusilə şokalad uşaqlarda allergik reaksiyalara səbəb olur. Ona görə də şokaladı kiçik porsiyalarla vermək daha məsləhətlidir, allergik reasiyalar olduqda tamamilə qida rasionundan çıxartmaq lazımdır
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 7 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri