Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 1647
Paylaş:
Səs ver:
(səs: 0)
Bütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır. Bəziləri isə uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər.

Süd və süd məhsulları:

Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.

Çedar (cheddar) pendiri:
Bütün pendir növlərinin tərkibində kalsium var. Amma 100 qram çedar pendirində 720 milliqram kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik olmamalıdır.


Küncüt

Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.

Çərəzlər
Uşaqların sevərək yedikləri çərəzlərin də tərkibində kalsium dəyəri yüksəkdir. Əgər uşaqlarınız kifayət qədər süd və süd məhsulları yemirsə, bunlara dəstək olaraq fındıq, fıstıq, badam, qoz kimi çərəzlərdən istifadə olunmalıdır. Gün ərzində təxminən bir ovuc dolusu çərəz yeməsi uşağın daha uzun boylu bir gələcəyi üçün əhəmiyyətlidir.

Uşaqlarda boy uzanmasının əsas səbəbi kalsium və D vitamininin birlikdə qəbul olunmasıdır. Yuxarıda bəhs etdiyimiz zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək lazımdır. Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isəgünəş işığıdır. Lazımi qədər günəş işığından faydalana bilməyən şəxslərdə istənilən qədər boy uzanması mümkün deyil. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır. Bu səbəblə bütün qida qruplarından kifayət qədər və balanslı şəkildə istifadə olunması əhəmiyyətlidir.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1647
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
sona
Mende genetik oldugunu bilirem. Menim qizimda hundurdu. Yaw yarimliqdi ama iki yaw 5-6ayliq uwagin boyundadi. Cunku kociwim hundurdu. Qizimda atasina cekib
1 oktyabr 2017 00:37
3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
AGHAYEVA
Alimler ne deyir desin mence genin de onemi var.Bir de gorursen ata-ana balaca boyludular uwaq uca boy olur,yediyi icdiyi ile elaqelendirmirem nesilde kimese cekmek var demek.Tebii ki,qidalanmaya da onem vermek gerek.
30 sentyabr 2017 22:13
2
Offline
Qlamurr
Mende genetika ile bagli oldugunu bilirdim,qeyd olunan qidalar uwaqlarin inkiwafi ucun vacibdi.tewekkur.
30 sentyabr 2017 19:48
1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri