Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin!

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 2 730
Səs ver:
(səs: 0)
Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin!
"Təəssüf ki, həkimlərin uşaqlara səhv diaqnoz qoyması hallarına tez-tez rast gəlirik”.

Qadınla.comun məlumatına görə, bunu medicina.az-a uzman pediatr Altay Abdullaoğlu deyib. Onun sözlərinə görə, əsasən aşağıdakı xəstəliklərlə bağlı səhvlər edilir:
1.
Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen catışmazlığı)
4. Nevroloji uşaq

Həkim qeyd edib ki, bu xəstəliklər səbəbilə kurslarla müalicə alan yetərli sayda körpə uşaq var: "Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamalar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır”

Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz odur ki, körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməsinlər”.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri