Leyner xəstəliyi

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 5 099
Səs ver:
(səs: 1)
Xəstəlik onun əmələ gəlmə səbəbini tapan adamın adını daşıyır. Uzun illər xəstəliyin əmələ gəlmə səbəbi tibbə məlum olmayıb.

Leyner bu xəstəliyin autointoksikayilar səbəbli baş verdiyini söyləmiş və xəstəliyin əmələ gəlməsində mədə-bağırsaq sisteminin rolu olduğunu qeyd etmişdir.
Leyner xəstəliyi ən çox yeni doğulmuş uşaqlarda rast gəlinən xəstəlikidir. Xəstəlik özünü yeni doğulmuş uşağın başının tüklü hissəsində, yanaqlarında, cinsi orqanlarının ətrafında əmələ gələn qızartılarla biruzə verir. Leyner xəstəliyi zamanı dəridə eritromatoz qızartılar meydana çıxır. Xəstəliyin baş dərisində olan hissəsi seboreya xəstəliyinin qızartılarına bənzəyir. Dərinin tüksüz hissəsində olan qızartılar sağlam dəridən cüzi miqdar qabarmış və tünd qırmızı rəngi ilə diqqəti cəlb edir. Leyner xəstəliyi ananın südündə H vitamini çatmadıqda, uşaqda dispepsiya olduqda, hipoxrom anemiya olduqda, eksudativ diatez zamanı və bəzən ağciyər xəstəlikləri zamanı əmələ gəlir.

Leyner eritrodermiyası subfebril qızdırma ilə və qızdırmasız keçə bilir. Eritrodermiya bədənin çox hissəsini tutduqda körpənin qızdırması 38-39*C-yə qalxır. Dəriyə vaxtında və dügün qulluq edilməsə, xəstəliyin əlamətləri daha da arta bilər. Bu zaman dəridə xırda irinli səpgilər də əmələ gələ bilir.
Dəridə eritrodermiyanın olması körpə uşaqda sinir sistenin oyanıqlığına səbəb ola bilir. Çünki xəstə dəridə geyişmə, qaşınma və sürtünmə nəticəsində xoşagəlməz əlamətlər özünü biruzə verir.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir.
Müalicə zamanı A, B2, B6, B12, C, H vitaminlərindən, fol turşusunun daxilə qəbulundan, antibiotiklərdən ibarət olur. Xəstənin dərisində iltihab əlamətləri varsa antibiotiklər təyin edilir, uşağa ilıq dezinfeksiyaedici vannalar məsləhət görülür. Dərinin qızarmış hissəsinə Leyner mazı çəkilir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 5 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri