Körpə uşaqları olan valideyinlərə tövsiyyələr....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 813
Səs ver:
(səs: 0)
Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən biri də evdə baş verən qəzalardır. Bəs bu qəzalar zamanı ilkin yardım olaraq nə etmək olar?

Oyuncaq xəbərdarlığı
Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.

Hündürlükdən yıxılarsa
4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş problemi yaranarsa, mütləq həkimə müraciət edin.

Nəsə udarsa
Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3 yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir şey giribsə, əl vurmadan həkimə aparın.

Elektrik vurmasına qarşı
"Rozetkalar" qoruyucu qapaqla bağlanmalıdır. Elektrik cərəyanı vurması zamanı görüləcək ilk iş nəbzi və tənəffüsü yoxlamaqdır. Uşaqda huşunu itirmə və üzünün rənginin solması kimi şok əlamətlər varsa, başı gövdəsindən bir az alçaqda, ayaqları isə yuxarıda olacaq şəkildə uzadılmalıdır.

Manejdə yalnız buraxmayın
Manej ev qəzalarının sayını artıran ən təhlükəli əşyadır. Buna görə diqqətli olmaq lazımdır. Özəlliklə 5 yaşdan kiçik uşaqlar hamamda yalnız buraxılmamalıdır. Su dolu vannanın içinə başı üstə düşə bilər. Kənarları şüşə, iti və sərt olan ev əşyalarının küncləri plastik qoruyucularla qorunmalıdır.

Uşağın yanında dərman içməyin
Evdə uşaqların əli çatacaq yerlərə dərman qoymayın. Uşaqların hər şeyi yamsılamaq istəyini nəzərə alaraq, yanlarında dərman içməyin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri