Uşaqları soyuqdəymədən necə qoruyaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 938
Səs ver:
(səs: 0)
Havalar soyumağa başlayan kimi əhali arasında soyuqdəymə və qrip halları da artır. Xüsusən də uşaqlar tez-tez xəstəliyə yoluxurlar. Valideynlər tərəfindən “uşağın burnu axır”, “yaman öskürür”, “neçə gündür qızdırması düşmür” kimi şikayətlər daim eşidilir. Bəs uşaqları soyuqdəymədən necə qoruyaq? Qadınla.Com pediatr Vaqif Qarayevin bununla bağlı valideynlərə 12 məsləhətini təqdim edir. Oxuyun və əməl edin ki, uşaqlarınız sağlam şəkildə böyüsün.

1. Evdə otaqların havasını tez-tez dəyişin.

2. Açıq havada uşaq burnu ilə nəfəs almalıdır (profilaktik olaraq buruna Oksolin məlhəmi çəkmək olar).

3. Açıq havada uşağın ağzını və boğazını bərk bağlamayın (şərflə yüngül bağlamaq lazımdır).

4. Uşağı çox qalın geyindirmək (bir neçə qalın paltarı üst-üstə) düzgün deyil.

5. İctimai yerlərə daxil olarkən qalın paltarının düymələrini açın, imkan varsa, həmin paltarı orda olduğunuz müddətdə soyundurun.

6. Uşaq hər gün gimnastika ilə məşğul olmalıdır.

7. Su vannaları çox faydalıdır. İmkan varsa, üzgüçülüyə getsin

8. Uşaq vitamin və minerallarla zəngin qidalar qəbul etməlidir. Meyvə-tərəvəz gündəlik menyuda kifayət qədər olmalıdır. Ev şəraitində hazırlanmış şirələrdən və kompotlardan bol-bol istifadə edilməlidir. Sarımsaq və soğanın antimikrob təsiri var. İmkan olduqca bu tərəvəzlərdən istifadə edin.

9. İmmuniteti qaldirmaq üçün profilaktik İmmunal preparatından (həkimlə məsləhətləşin) istifadə etmək olar.

10. Bağırsaqların düzgün fəaliyyəti immunitetə ciddi təsir edir. Onları helmintlərdən (qurddan) mütləq təmizləmək lazımdır. Payız-qış aylarında bağırsaq immunitetini gücləndirmək üçün profilaktik olaraq Lineks preparatı vermək olar.

11. Şəxsi gigiyenik qaydalara ciddi əməl olunmalıdır.

12. Əgər uşağınız xəstədirsə, onu uşaq kollektivinə - məktəbə və bağçaya- buraxmayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri