6 ayına kimi uşaqlara su verilməlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 218
Səs ver:
(səs: 0)
Körpə dünyaya gəldikdən sonra valideynləri maraqlandıran əsas məsələlərdən biri də onun qidalanmasıdır.

Körpələrə ilk 6 ayda suyun verilməsi valideynlər, hətta pediatrlar arasında çaşqınlıq yaradan məsələlər sırasındadır. Belə ki, həkimlərin bir qismi bu hərəkəti doğru addım saymasa da, digər qismi lehinə danışır.

Qadınla.Com-un məlumatına görə, pediatr-neonatoloq Altay Abdullaoğlu mövzu ilə bağlı medicina.az-a açıqlama verib. O bildirib ki, ilk 6 ayda körpəyə su verilməməlidir: "Biz 6 ayına kimi körpələrə qida olaraq ana südünün verilməsini məsləhət görürük, hətta vacib bilirik. Ana südünün çox hissəsi sudan ibarət olduğu üçün körpənin əlavə suya ehtiyacı yaranmır.

Hazır qidalardan istifadə edən zaman isə uşaqlara müəyyən məqamda qismən su verilə bilər. Çox zaman buna da ehtiyac qalmır”.

Mütəxəssis "Bir çox valideynlər bildirirlər ki, müəyyən müddət uşağa su vermədikləri üçün körpələrin suya ehtiyacı tamamilə yox olub və artıq istəsələr də, maye qəbul etdirə bilmirlər. Bu nə dərəcədə doğrudur” sualına da cavab verib.

"Körpənin su içməməyinin səbəbi ilk aylarında verilməməsi ola bilməz. Körpəyə şokolad verilsə, təkrar istəyəcək. Bu o demək deyil ki, şokolad verilməlidir. Su da həmçinin”, – deyə pediatr bildirib.

Qeyd edək ki, bəzi pediatrlar əksini düşünərək suyun vacibliyini vurğulayırlar. Bəzi ana südlərinin tərkibinin yağlılıq və şirinlik dərəcəsi çox olduğundan körpənin suya ehtiyacını normal hal sayırlar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri