Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südünün tərkibi inək , qoyun, keçi südündən fərqlənir ( ana südündə olan yağlar , inək südündə və başqa südlərdə olan yağlardan tam fərqlənir). Bundan başqa heyvan südündə bu və ya başqa maddələr ana südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə qarışdırıb vermək lazımdır. Lakin ana südündə olan maddələr inək südündə az olduğu üçün bura şəkər və düyü unu qatmaq lazım gəlir. Ana südündə olan qoruyucu maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur və bir çox xəstəlikləri asan keçirməyə kömək edir.