Uşağa əlavə qidalar nə vaxt verilə bilər?....

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 1118
Səs ver:
(səs: 0)
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar.

Mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.

Yeni qidanın verilməsinin bir neçə qaydası var:
- Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər.

- İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya "smes") əvvəl verilməlidir.

- Az miqdarlardan başlamaq və tədricən (5-7 gün ərzində) artırmaq lazımdır. 5-7 gün ərzində yalnız 1 yeni məhsul verilə bilər.

- Uşağa yeni qida verdikdə dərinin vəziyyətinə (səpgilər ola bilər) və nəcis ifrazına (ishal, qəbizlik ola bilər) fikir verin. Pozulmalar əmələ gəlibsə, uşağa bu qidanı verməyin.

Ət uşaq üçün çox vacib məhsuldur. Ət uşağa 8 aydan sonra verilə bilər. Əti əvvəl püre, daha sonra kiçik küftələr şəklində vermək olar. Mal və ya quzu ətindən başlamaq lazımdır. İlk dəfə yarım çay qaşığı verin, növbəti gün 1 çay qaşığı və s. 8-9 aylarda uşaq hər gün 30-40 qr, 11-12 aylarda - 50-70 qr ət yeyə bilər. Uşaq gündə 1 dəfə ət yeməlidir. Əti uşağa tanış olan tərəvəz və ya sıyıqla (qarabaşaq, düyü) vermək olar.

Toyuq əti allergik məhsuldur və bu səbəbdən onu daha gec vermək və uşağın orqanizminin reaksiyasına nəzarət etmək lazımdır.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1118
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Onun_Mələyi
Qızım5 ayına keçib,smeslə qidalanır.4 Aylıq olan kimi həkim "banan,kaşa,və alma" verə bilərsiz dedi.hələki hündə bir dəfə verirəm.5 aylıq olanda bəbələr üçün olan peçenniyadan verəcəm.laylay
Təşəkkürlər...
20 fevral 2018 16:03
5

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
ayka95
Menim qızım kokletle plovu çox sevir .Mende her defesinde bişirib verirem ( 1yaş 5 aylıqdı men 10 11 ayından vermişem
17 fevral 2018 22:12
4
Offline
Cema_Axodova
men uwaqlara mal etin 1yasindan tez vermemiwem.ancaq tiyuq ayagi birde baliq biwirmiwem.onu mene uwaq terapevti demiwdi.
17 fevral 2018 20:16
3
p.s
Offline
Meleknur
Et Kufte wekilinde yaziq uwagin bogazinda qalmaz ki))
17 fevral 2018 19:57
2
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
vipbetul
valideyinler ucun lazimli melumatdir
17 fevral 2018 19:36
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri