Uşaqların vərdişləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 948
Səs ver:
(səs: 0)
Uşaqlıq dövründə görülən mənfi vərdişlərdən bəzilərini sizlər üçün araşdırdıq. Məhz ən çox görünən vərdişləri təqdim edirik.

Qadinla.com cəbər verir ki, uşaqlıq dövründə rast gəlinən bir sıra vərdişlər, bəzi şübhəli valideynləri narahat edir. Bu vərdişlər uşaqlıq dövründən etibarən başlayıb, 6-7 yaş aralığına qədər davam edə bilər. Görülən ən geniş yayılmış vərdişlər isə barmaq əmmə, saç qıvırtma, burun qurcalama və dırnaq yemədir.

BARMAQ ƏMMƏ

Xüsusilə də baş barmağı əmmə vərdişi demək olar ki bütün uşaqlarda görülər. Səbəbi də ana bətnində inkişaf edən əmmə reaksiyasından qaynaqlanır. Əgər uşağınız 4 yaşına gələnə qədər barmağını əmirsə bunda anormal bir vəziyyət yoxdur. Ancaq 4 yaşından sonra da bu vərdişinə davam edirsə, sağlamlıq problemi ola bilər.

DIRNAQ YEMƏ

Bu vərdiş günümüzdə həm uşaqlarda, həm də böyüklərdə görülür. Adətən 3-6 yaş ətrafında görülən bu vərdiş, uşağın özünü stress və ya təzyiq altında hiss etməsindən qaynaqlanır. Qızlara nisbətən oğlanlarda daha tez-tez görünür.

SAÇ BURMA

Daha çox qız uşaqlarında rast gəlinən bu hal dırnaq yemək olduğu kimi stress ya da təzyiq verən zamanlarda görülür. Bu saç qıvırtma vərdişini uşaqlar bəzən üzərilərində olan qotazlı paltarlarla oynamaqla da edirlər.

BURUN QURCALAMA

Burun qarışdırma vərdişinin səbəbi tam olaraq müəyyənləşməsə də 2-3 yaşlarındakı uşaqların can sıxıntısından görə burunlarını qurcalayır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri