Uşaqların təmizliyə alışdırılması

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 873
Səs ver:
(səs: 0)
Bütün valideynlərə məlumdur ki, təmizlik və səliqə vərdiş məsələsidir. Uşaqlar erkən yaşlarından etibarən müəyyən məsuliyyətlərə - əşyalarının səliqəsi, şəxsi gigiyena və s. alışdırılmalıdırlar.
Əslində uşaqlar özləri də müəyyən işləri görməkdə böyük maraq göstərirlər.
Lakin əksər valideynlər vaxt məhdudluğundən və ya sadəcə səbrsizlik üzündən uşaqlara müxtəlif işləri görməkdə mane olur, bəzən isə ümumiyyətlə imkan yaratmır və hətta qadağalar da qoyurlar.

Psixoloqlar qeyd edirlər ki, insana bir hərəkəti vərdiş halına salmaq üçün onu 21 dəfə təkrar etmək kifayətdir.
Bundan sonra bədən vəya beyin bu əməlləri vərdiş şəklində etməyə başlayacaqdır. Əgər valideynlər 1 ay daha səbrli və davamlı olub uşaqları müəyyən təmizlik və səliqəyə alışdırarlarsa bu artıq onların gündəlik vərdişlərinə keçəcəkdir.Təmizlik və səliqə vərdişləri tərbiyə olunarkən valideynlər bir sıra səhvlərə yol verirlər ki, bu da prosesi çətinləşdirir bəzən isə tamamilə mümkünsüz edir.

Əgər valideynlər “Raising Good Kids in Tough Time” kitabının müəllifi, Maryland Universitetinin professoru, psixoloq Roger W. McIntire-in valideynlərə məsləhətbildiyi aşağıdakı metodları tətbiq edərlərsə, uğur qazanmaq şansı da artar:

-Mükəmməlliyi kənara qoyun.
Heç bir şey mükəmməl olmadığı kimi uşaqların gördükləri işin mükəmməlliyini də gözləməyin. Daha çox uşaqların həvəs və iş görməklərinə köklənsəniz bu zaman tərbiyə prosesi daha rahat abu-havada keçəcəkdir. Əks halda¡mükəmməllik tərəfdarı olan valideyn prosesə özü müdaxilə edəcək və bütün işləri özü görməliolacaqdır.

-Gecikməyin.
Əksər valideynlər düşünür ki, uşağı hələ təmizlik və səliqə üçün çox kiçikdir. Lakin uşaqlar valideynin fikirləşdiyindəndəfələrlə qabiliyyətli və həvəsli ola bilərlər. Hətta erkən yaşlarda uşaqlar bir çox işləri özləri görə bilərlər. Valideynlər uşaqların yaş etibarilə etməyə hazır olduqlarından sonra öyrətmək istəyirlər lakin, əslində uşaqlar edə-edə öyrənirlər. Bu prosesdə “yır-yığış” avadanlıq və ləvazimatların oyuncaqları da yardımçı ola bilər.

2-3 yaşlının edə biləcəyi işlər:

oyuncaqları toplamaq, çirkli paltarları paltar səbətinə qoymaq, toz almaq və s.

4-5 yaşlının edə biləcəyi işlər:

yuxarıdakı işlər üstəlik yatağı səliqəyə salmaq, zibili atmaq, süfrəni yığışdırmaq, əltozsoranınıişlətmək, ev bitkilərini sulamaq, qabyuyan maşınını doldurub-boşaltmaq, plastik qabları əldə yumaq.

6-7 yaşlının edə biləcəyi işlər:
yuxarıdakı işlər üstəlik, çirkli paltarları rənginə görə seçmək, döşəməni süpürmək, süfrə açıb və yığmaq.

8-9 yaşlının edə biləcəyi işlər:

yuxarıdakı işlər üstəlik qabyuyan maşını doldurmaq, bazarlığı boşaltmaq, tozsoranlamaq, yeməkbişirməyə yardımçı olmaq, düymə tikmək, öz çirkli paltarlarını təmizlərdən ayırmaq, tərəvəzləri soymaq, döşəməni silmək və s.

10 və daha böyük yaşlının edə biləcəyi işlər:

yuxarıdakı işlər üstəlik yuyulmuş paltarları sərmək və yığıb qatlamaq, sadə biçimli paltarları ütüləmək, avtomobili yumaq, yataq dəstini dəyişmək, özündən kiçik uşağa qısa müddət dayəlik etmək və s.

-Tərifə simiclik etməyin.[/b

Uşağın verilən işi tamamilə görüb bitirməsinin gözləməyin, proses əsnasında kiçik detallara diqqət edib onları tərifləyin, hər görülən kiçik işi belə nəzərinizdən qaçırmayın.
Uşağın görüdüyü işin keyfiyyətlərini və iş əsnasında çəkilən zəhməti sadalayaraq müsbətləri vurğulayın. Hər görülən işin uğurunu ilk vaxtlarda müəyyən kiçik hədiyyələrlə və ya sevilən məşğuliyyətə icazə verməklə də mükafatlandırmaq olar.

[b]-Davamlı olun.


İstənilən işin davamlı olaraq hər gün edilməsi müvəffəqiyyətin əsasıdır.
Az və ya kiçik işlər olsa belə davamlı etməyə çalışın.
Əgər uşaqların səliqəyə alışdırılmasında fasilələr olarsa, bu onlarda vərdişin yaranmasının qarşısını alacaqdır.
Onlar daima sizdən onları yönəltməyi və ya sizin “əmr” verməyinizi gözləyəcəklər

-Təlimatları konkretləşdirin.

“Getotağını yığışdır!” təlimatı uşaqlarda çox abstrakt təsəvvür yaradır. Otağın harasını və necə yığışdırmağı bilməyən uşaq, işin hansı ucundan yapışacağını təsəvvür etmir və bu iş ona mümkün olmayan bir proses kimi görünür.
Ümumiyyətlə, uşaqlara iş gördürərkən ilk vaxtlarda mütləq yanlarında olub, addım-addım təlimatlar verərək, işin necə ediləcəyini göstərməyə çalışın. Uşaqlar daha bacarıqlı olduqda isə sizin sadəcə olaraq otaqda onlara nəzərət etməyiniz kifayət olacaqdır. Uşaqlar mükəmməlləşdikcə və böyüdükcə isə artıq “Get otağını yığışdır!” təlimatını verə bilərsiniz.

Müəllif: Səltənət Zülfüqarova
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri