Uşağınıza cinsi tərbiyə verin

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 789
Səs ver:
(səs: 0)
PROBLEM
Oğlan məlumat üçün — Allahın Kəlamına, kitaba və elektron cihazlara baxır
Əvvəllər valideynlər uşaqları ilə cinsi mövzularda danışmaq üçün heç olmasa macal tapa bilirdilər. Onların imkanı olurdu ki, yaşına və tələbatına uyğun olaraq, uşağa hər şeyi özləri izah etsinlər.

İndi zəmanə çox dəyişib. Bir kitabda qeyd olunur ki, «uşaqlar artıq lap kiçik yaşlarından seksual xarakterli məlumatlara məruz qalırlar. Uşaq mediasında seksual mövzulara getdikcə daha çox rast gəlinir» («The Lolita Effect»). Bəs bu, uşaqların xeyrinədir, yoxsa zərərinə?

NƏYİ BİLMƏLİSİNİZ?
Açıq-saçıq mövzular hər yerdədir. Deborah Rofman yazır: «Söhbətlər, reklamlar, kinolar, kitablar, mahnı sözləri, televiziya şouları, mesajlar, oyunlar, reklam lövhələri, telefon və kompüterin ekranları seksual xarakterli şəkillərlə, danışıqlarla, eyhamlarla o qədər doludur ki, bunun ucbatından intim münasibət çoxlarının [yeniyetmələrin, hətta azyaşlı uşaqların] düşüncəsinə... həyati vacib bir şey kimi həkk olunur» («Talk to Me First»).

Günahın yarısı marketinqdədir. Reklamçılar və ticarətçilər uşaqlar üçün açıq-saçıq, cəlbedici geyimlər satırlar. Bununla onlar uşaqlara kiçik yaşlarından öz xarici görünüşlərinə hədsiz önəm verməyi öyrədirlər. Bir kitabda vurğulanır: «Uşaqların həmyaşıdlarından seçilmək istəmədiklərini bilən marketoloqlar bundan sui-istifadə edirlər. Onların məqsədi bu cür seksual imic və məhsullar vasitəsilə uşaqları seksə cəlb eləmək yox, onlara mal satmaqdır» («So Sexy So Soon»).

Məlumatlı olmaq kifayət deyil. Maşının necə işlədiyini bilməklə təcrübəli sürücü olmaq arasında böyük fərq var. Eynilə, uşağın cinsi münasibətlə bağlı məlumatının olması onun bu sahədə düzgün qərar verəcəyindən xəbər vermir.

Xülasə: Uşaqlara yaxşını pisdən ayıra bilmələri üçün ağıllarını işlətməyə kömək etmək indiki zəmanədə xüsusilə vacibdir (İbranilərə 5:14).

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?
Yaxanızı kənara çəkməyin. Sizin üçün nə qədər çətin olsa da, yaddan çıxarmayın ki, uşaqlarınıza cinsi tərbiyə vermək valideynlik borcunuzdur. Vəzifənizi yerinə yetirin! (Müqəddəs Kitab prinsipi: Məsəllər 22:6).

Söhbətiniz qısa olsun. Birdəfəyə uzun-uzadı danışmaq məsləhət deyil. Övladınızla birgə yol gedəndə, hansısa işləri görəndə və ya başqa bir vaxt söhbət düşəndə fürsəti əldən verməyin. Uşaqlarınızın fikrini öyrənmək üçün suallar verin. Məsələn, uşağınıza: «Belə məzmunlu reklamlar səni cəlb edir?» sualını verməkdənsə, soruşa bilərsiniz: «Səncə, nəyə görə reklamçılar öz məhsullarını satmaq üçün bu kimi şəkillərdən istifadə edirlər?» Övladınızın cavabını dinlədikdən sonra soruşun: «Sən buna necə yanaşırsan?» (Müqəddəs Kitab prinsipi: Qanunun təkrarı 6:6, 7).

Uşağın yaşını nəzərə alın. Məktəb yaşına çatmamış uşaqlara cinsiyyət orqanlarının adını öyrətmək olar. Həmçinin izah edin ki, heç kimin bu orqanlara toxunmasına icazə verməsinlər. Bir az böyüyəndən sonra uşağın dünyaya necə gəldiyi barədə ümumi məlumat verin. Yetkinlik dövrünə çatanda isə onlarla intim münasibətlərin əxlaqi və fiziki yönləri barədə ətraflı danışa bilərsiniz.

Əxlaqi dəyərlər aşılayın. Uşağınıza kiçik yaşlarından dürüstlüyü, paklığı və hörməti öyrədin. Bunu etməklə siz cinsi münasibətlə bağlı mövzunun müzakirəsi üçün təməl qoymuş olacaqsınız. Bundan əlavə, öz əxlaq dəyərlərinizi övladınıza açıq şəkildə bildirin. Məsələn: Əgər nikahdan əvvəl cinsi əlaqəni yolverilməz hesab edirsinizsə, bunu onlara belə də deyin. Həmçinin nikahdan öncə cinsi əlaqədə olmağın nə üçün səhv və zərərli olduğunu izah edin. Bir kitabda deyilir: «Valideynlərinin nikahdan öncə cinsi münasibətə pis baxdığını bilən yeniyetmələr nadir hallarda bu yaş dövründə cinsi əlaqədə olurlar» («Beyond the Big Talk»).

Nümunə olun. Sözünüzlə əməliniz üst-üstə düşsün. Məsələn, ədəbsiz zarafatlara gülürsünüz? Açıq-saçıq geyinirsiniz? Eşqbazlıq edirsiniz? Bu kimi davranışlar uşaqlarınıza öyrətməyə çalışdığınız əxlaq dəyərlərini alt-üst edir (Müqəddəs Kitab prinsipi: Romalılara 2:21).

Müsbət tonda danışın. Cinsi münasibət Allahdan bir hədiyyədir və nikah daxilində bu münasibət insana böyük həzz verə bilər (Məsəllər 5:18, 19). Qoy övladınız bilsin ki, vaxtı çatanda o, bu hədiyyədən istifadə edəcək (1 Timutiyə 1:18, 19).

ƏSAS AYƏLƏR
«Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6).

«[Allahın qanunlarını] övladına təlqin et» (Qanunun təkrarı 6:6, 7, haşiyə).

«Başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən?» (Romalılara 2:21).

VALİDEYNLİK BORCU
Kim nə deyirsə desin, uşaqlara, o cümlədən, yeniyetmələrə həmyaşıdlarından çox valideynləri təsir edir. Bir kitabda yazılıb: «Uşaqlar həmişə həyatı dərk etmək, rəhbərlik əldə etmək üçün ilk növbədə böyüklərinə müraciət edirlər. Uşaqlar başqalarına yalnız valideynləri onlara vaxt ayırmayanda, diqqət yetirməyəndə üz tuturlar... İllərlə aparılan araşdırmaların nəticəsi heç də təəccüblü deyil: övladlarına cinsi tərbiyə verən valideynlərin uşaqları daha sağlam olur, yaxşı qərarlar verir, məsuliyyətli olur, ən əsası isə, həyati təhlükəli hərəkətlərə yol vermirlər» («Talk to Me First»).
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri