Övladım xuliqanlığa məruz qalırsa, nə etməliyəm?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 455
Səs ver:
(səs: 0)
Övladınız deyir ki, məktəbdə onu ələ salırlar. Bu zaman nə etmək yaxşı olar? Məktəbdən təqsirkarı cəzalandırmasını tələb etmək? Övladınıza necə mübarizə aparmağı öyrətmək? Qərar verməzdən öncə xuliqanlıq barədə bəzi faktları nəzərdən keçirin.

Xuliqanlıq barədə nəyi bilməliyəm?
Xuliqanlıq nədir? Xuliqanlıq kimisə davamlı və məqsədyönlü şəkildə fiziki və ya emosional cəhətdən incitməkdir. Ona görə də hər təhqirə və qərəzli hərəkətə xuliqanlıq demək olmaz.

Xuliqanlığın nə olduğunu bilmək nəyə görə vacibdir? Bəzi insanlar kiçik də olsa, onları üzən hər bir davranışı «xuliqanlıq» sözü ilə ifadə edir. Amma kiçik məsələləri böyütməklə özünüz də bilmədən uşağınıza həm indi, həm də gələcəkdə lazım olacaq bir bacarığa yiyələnməsinin qarşısını alacaqsınız. Bu, münaqişələri həll etmək bacarığıdır.

Müqəddəs Kitab prinsipi: «Küsəyən olma» (Vaiz 7:9).

Nəticə: Düzdür, bəzi vəziyyətlərə sizin müdaxilə etməyiniz gərəkli ola bilər. Amma digər vəziyyətlərdə uşağınıza imkan yarada bilərsiniz ki, o, çətin vəziyyətlərin öhdəsindən gəlməyi və insanlarla yaranan mübahisəli məsələləri özü həll etməyi öyrənsin (Koloslulara 3:13).

Bəs əgər övladınız davamlı və məqsədyönlü təqibə məruz qaldığını dilə gətirirsə, onda nə edə bilərsiniz?

Necə kömək edə bilərəm?

Övladınızı səbirlə dinləyin. Çalışın 1) nə baş verdiyini və 2) başqalarının övladınızı nəyə görə ələ saldığını müəyyən edəsiniz. Bütün faktları əldə etməmiş hər hansı bir nəticəyə gəlməyin. Ola bilsin, hadisə haqda bütün təfərrüatları bilmək üçün uşağınızın müəllimi və ya digər uşağın valideynləri ilə danışmalı olasınız.

Müqəddəs Kitab prinsipi: «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (Məsəllər 18:13).

Övladınız xuliqanlığa məruz qalırsa, onda ona növbəti sahədə kömək edin. Qoyun o anlasın ki, vəziyyətin yaxşılığa və ya pisliyə doğru dəyişməsi onun xuliqanlığa necə qarşılıq verməyindən asılıdır. Məsələn, Müqəddəs Kitabda deyilir: «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məsəllər 15:1). Həqiqətən də, əvəz çıxmaq gözlənilən nəticəni verməyəcək. Bu, xuliqanı sakitləşdirməkdənsə, daha da qızışdıra bilər.

Müqəddəs Kitab prinsipi: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin» (1 Butrus 3:9).

Uşağınıza başa salın ki, əvəz çıxmaması onun zəif olduğunu göstərmir. Əksinə, bu, onun güclü olduğunu göstərir, çünki o, qarşı tərəfin onu idarə etməsinə izin vermir. Beləcə, o, xuliqana çevrilmədən özünü müdafiə edəcək.

Övladınız kiberxuliqanlığa məruz qalırsa, bu məsləhəti yadda saxlaması xüsusilə vacibdir. «Onlayn qəzəb mübadiləsi» adlanan «internet müharibəsinə» qoşulmaq xuliqanın hərəkətlərinə davam etməsinə yol açır. Həmçinin bu uşağınızın özünü xuliqanlıqda təqsirləndirməsinə səbəb ola bilər. Bu səbəbdən, bəzən ən yaxşı cavab cavab verməməkdir. Böyük ehtimal, bu üsul xuliqanın sakitləşməsi və övladınızın özünü ələ alması üçün daha çox işə yarayacaq.

Müqəddəs Kitab prinsipi: «Odun olmayanda ocaq sönər» (Məsəllər 26:20).

Bəzi hallarda övladınız xuliqanlığa gətirib çıxaran yerlərdən və insanlardan uzaq dura bilər. Məsələn, əgər o, belə insanın və ya qrupun harada olduğunu bilirsə, xata-baladan uzaq olmaq üçün başqa yolla gedə bilər.

Müqəddəs Kitab prinsipi: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3).

Ata oğlunun müəllimi ilə danışır; ata digər uşağın atası ilə danışır
Ola bilsin, uşağınızın müəllimi və ya digər uşağın valideynləri ilə danışmaq lazım gəlsin

MƏSLƏHƏT: Övladınıza kömək edin ki, qarşısındakı seçimlərin müsbət və mənfi yönləri barədə düşünsün. Məsələn:

Əgər o, xuliqana məhəl qoymasa, nə baş verə bilər?

Əgər o, qəti şəkildə xuliqana dayanmasını desə, nə baş verə bilər?

Əgər o, xuliqanın etdiklərini məktəbə bildirsə, nə baş verə bilər?

O, xuliqanı mehribanlıqla və ya yumorla sakitləşdirə bilər?

Xuliqanlığa üzbəüz və ya onlayn məruz qalmaqdan asılı olmayaraq, hər vəziyyət müxtəlifdir. Ona görə də praktiki bir həll yolu tapmaq üçün uşağınıza kömək edin. Bu çətinlik boyunca onun yanında olacağınıza onu əmin edin.

Müqəddəs Kitab prinsipi: «Əsil dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 455
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Uff ureyim gedir vallah usaqlarima nese olar deye. hansisa tesire zorakiliga meruz qalarlar deye. Son olanlar da mekteblerin hec de tehlukesiz olmadigini gosterdi bize. Yaziq qizi ne gune qoydular guya savadli etrafi(( Menden olsa Azerbaycanda usaq oxutmaram.
Tesire geldikde her gun deyirem nelerise yadina saliram. duzdu hele ibtidai sinifdi amma gelen ilden 5-ci sinife gedir artiq boyuk usaqlarla uzbeuz gelecek daha cox. Mektebin etrafinda onlarin ne zibil qarişdirdiqlarini gorende diksinirem. Aciq aydin nese cekirler siqaret cekdikleri en masum şeydir bezi mekteblilerin. Odurki usaga tebligat onemlidir. Gerekirse lap aciq da danişmaq lazimdi ki usaq avam olmasin gozu aciq olsun. Duzdu eleleri var boyukleri susuz aparib susuz getirer, amma menim balam avamdi, gorurem ki bezi şeylerden qeti xeberi yoxdu(((( Cox qorxuram usaqlarima gore. Nece yaşi olursa olsun usaqlari qeti nezaretsiz qoymaq olmaz. Cox pis zemanede yaşayiriq((
Allah qorusun teki balalarimizi.
16 aprel 2019 11:04
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
vipbetul
usaqlar valideyinlerine dimelidi mektebde bayirda ne olursa valideyinde duzgun isdiqametlendirmelidi usaqi evvelden
15 aprel 2019 09:45
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gül.
Usagin ekseriyyeti valideynen gizledir. Gelib evde demir. Bezen valideynen cekindiyi ucun,bezende uzmemek ucun. Usaq ne yasayirsa yasasin en azinan anasina demelidir. Yalniz o zaman valideyn komek ede biler.
14 aprel 2019 16:59
3
19
Love Angel
Uşağın etdiyi hərəkətlər valideynin verdiyi tərbiyəni göstərir.
14 aprel 2019 16:56
2
Bir qadın düşün qəhvəyi gözləriylə mavi baxan... ᪥
AYCA
Mence hersey valideyin terbiyesinen aslidi eger usagin qaninda varsa valideyin neqedr danlasa bele usag yene o yolu sececek yeni bele fikirde ailede valideyinde usagda diqqetcil olmalidi
14 aprel 2019 16:11
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri