Yapon və almanların uşaq tərbiyəsində İNANILMAZ ÜSULLARI - 7 SİRR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1255
Səs ver:
(səs: 0)
Sirr deyil ki, xarici ölkələrdə uşaq təlim-tərbiyəsi bizdən çox fərqlənir. Bəzi ölkələrin tərbiyə metodunu öyrənmək və öz uşaqlarınıza tətbiq etmək heç də ayıb deyil. Onların ən qeyri-adiləri ilə tanış olmağa dəyər.

İspaniya, Yaponiya, Almaniya və digər ölkələrin təlim-tərbiyəsi ilə tanış edirik:

İspaniya: Uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda otururlar
İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 19:00 olan kimi uşağı yatırtmağa çalışmır, özü ilə birlikdə ailəvi məclis və restoranlara aparırlar. Demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana və ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır.

Almaniya: Kəskin mətbəx alətlərini uşaqlardan gizlətmirlər
5 yaşlı uşağın mətbəxdə əsl bıçaq ilə xiyarları bacarıqla doğraması Alman ailələri üçün qeyri-adi hal deyil. Almaniyada analar hesab edir ki, uşaq gündəlik həyata nə qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olacaq. Ancaq bizdə uşaqlardan yalnız bıçaqları deyil, digər potensial təhlükəli alətləri də gizlədirlər. Əslində çox düz edirlər.

Hollandiya: Uşaqlara daha çox sərbəstlik verilir
Holland uşaqları ev tapşırığının nə olduğunu bilmir. Onlar "ortaq inkişaf üçün" ardıcıl olaraq 10 dairə vurmur və həqiqətən də uşaqlığını yaşayırlar. Hollandiyada uşaqlar elm öyrənməyə daha yuxarı yaşlarda başlayır və dərsliklərə daha çox vaxt sərf edirlər. Odur ki, hollandiyalı uşaqlar "dünyanın ən xoşbəxt sakinları" kimi tanınır.

Yaponiya: Yeddi yaşlı uşaqlar metrodan istifadə edir
Yolda bir neçə nəqliyyat dəyişsə də, yapon uşaqlarına metrodan istifadə etməyə icazə verilir. Yaponlar müstəqil şəxsiyyətləri yetişdirir. Bu da səbəbsiz deyil, Yaponiya uşaqlar üçün dünyanın ən təhlükəsiz ölkəsi sayılır. Aydın məsələdir ki, ölkəmizdə valideynlər uşaqlarına bu cür azadlıq verməyə hazır deyil.

İsveç: Uşaqların fikirləri ciddi qəbul edilir
Bu ölkədə cismani cəza çoxdan qadağan edilib. İsveçdə valideynlərin və uşaqların bərabərliyi eynidir, odur ki, uşağın rəyi ciddi qəbul edilir. İsveçdə heç bir ana uşağına demir ki, “Sən başa düşməzsən, hələ balacasan”.

ABŞ: Uşaqlar ataları ilə daha çox vaxt keçirirlər
Ştatlarda uşaqlar ataları ilə vaxt keçirməyi sevirlər. Atalar oyun meydançasında uşaqları ilə gəzir, pazl yığır, oyuncaq avtomobil yarışları təşkil edir, məzəli hekayələr söyləyir və s. əyləncəli oyunlar qururlar. Amerikalı atalar ictimaiyyətdə başqalarının necə reaksiyasına məhəl qoymadan uşağı güldürmək üçün müxəlif zarafatlar edir. Bəli, amerikalı ataları ideal adlandırmaq olar.

Cənubi Koreya: Uşaqlara ictimaiyyətdə özünü düzgün aparmağı öyrədirlər
Koreyalı valideynlər uşaqlarını elə tərbiyə edir ki, onlar başqalarının fikirlərinə hörmətlə yanaşır və ictimai yerlərdə isteriya yaratmırlar. Başqalarına hörmət koreyalı uşaqların öyrənməli olduğu ilk işdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1255
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Uşağı terbiyye etmek ücün savad ve böyük sebr lazımdı bunlar da bizim cemiyyete aid olan bir şey deyil
14 may 2019 19:35
5
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Offline
vipbetul
onlarinda ozune mexsus terbiye formalari var
13 may 2019 09:31
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Almaniyalıların etdiklərini heç sevmədim. Uşaqlar üçün təhlükə yarada bilər. Yaponiyadakı uşaq tərbiyə üsulları kaş bizdə olsaydı. hmmm Təşəkkürlər bacı.
12 may 2019 21:33
3
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
fiyonik
Yaponiya ABS ne Cenubi Koreydakilar beyendim. Kas bizim olkemizde de ola bunlar. Melumat ucun tesekkurler
12 may 2019 19:04
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Cema_Axodova
Maraqli terbiue usullaridi
12 may 2019 18:11
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri