Uşaqların “yemək seçmək” problemini necə həll etməli?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 219
Səs ver:
(səs: 1)
Kiçik yaşlı uşaqların qidalanma ilə bağlı yaşadığı problemlər, hər yeməyi yemək istəməsi valideynləri mütamadi olaraq narahat edən məsələlərdən biridir.

Qadinla.com bildirir ki, bu çətinliyin aradan qaldırılması üçün çalışanların sayı az olmasa da, birdəfəlik həllini tapmaq asan olmur, amma təbii ki, bu problemdən də çıxış yolu var. Məsələn, uşağınızı müxtəlif dadlara alışdırmaqla bu problemi yoluna qoya bilərsiniz. Uşağınızı müxtəlif dadlara nə qədər tez alışdırsanız, onun "yemək seçmək" xəstəliyindən də o qədər uzaq olmasına kömək etmiş olarsınız. Bunun üçün isə...

1) Həm səbirli, həm də qətiyyətli olmağa çalışın. Yemək üçün ən azı 20-30 dəqiqə vaxt ayırın.

2) Uşağınızın yeməkdən əvvəl həddindən artıq maye qəbul etməsinə imkan verməyin.

3) Hələ tanış olmadığı yeməkləri tanış olduğu yeməklərlə birlikdə verin. Daha sonra tanış olmadığı yeməkləri tədricən artırın.

4) İstər hər hansı bir yeməyə icazə verdikdə, istərsə də hər hansı bir yeməyə qadağa qoyduqda uşağınıza qarşı sərt davranmayın.

5) Əgər uşağınız şokolad istəyirsə, bir qədər yeməyə icazə verin. Unutmayın ki, qəti qadağa qoysanız, onun şokolada qarşı meyli daha da artar.

6) Uşağınız yemək istəmirsə, görməməzliyə vurun və onu yeməyə məcbur etməyin.

7) Uşağınıza qarşı həddindən artıq tələbkar olmayın. Onda uşağınız qadağan etdiyiniz yeməklərə daha çox maraq göstərər, icazə verdiyiniz yeməklərdən isə imtina edər.

8) "Ayaqüstü" yeməklər də uşağınızın iştahasını küsdürə bilər. Ona görə də, uşağınız mümkün qədər belə yeməklərdən uzaq olsa yaxşıdır.

9) Əgər uşaq ailə üzvləri ilə birlikdə yemək masası arxasında otursa, ailə üzvlərinin hansı yeməkləri bəyəndiyini görər. Əksər hallarda iştahasız uşaqlar da bu şəraitdə yeməkdən imtina etmirlər.

10) Əgər uşağınız yaxşı yemirsə, evdə onun görə biləcəyi yerlərə müxtəlif yeməklər qoyun. Məsələn, bir qab üzüm, bir qab pendir, bir qab kök və s. kimi...

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 219
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
offf menim bawimin belasidirda bu...boyuyum yene mecburen de olsa yeyirdi, balacam omrunde yemez. Indi movsumdu ne lobya ne badimcan biwmeyib hele evde cunki yemirler. Biri bozbawi sevir o biri sulu yemek gorende deli olur. Cox da erkoyun etmemek wertiyle bacardiqca ele yemekler biwirirem ki hami bir otursun yesin.
31 may 2019 08:49
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BakılıQız
Men her zaman yemediyi yemeyin terkibini izah edirem. Ne qeder ona xeyri var deyirem. Hansi vitaminler var basa saliram. O da yeyir.
31 may 2019 08:13
3
Offline
diablo
Faydali melumatdi tesekkur bacis
29 may 2019 16:11
2
Perfect
Offline
vipbetul
valideyinler oxusun
29 may 2019 16:08
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri