Analar, diqqət! Uşaqlarınızı tualetə belə öyrədin - Qaydalar

Şərhlər: 3
Baxılıb: 3 491
Səs ver:
(səs: 0)
Valideynlər 18 ayından əvvəl uşaqları ayaqyolu vərdişinə yiyələndirməyə çalışmamalıdır. Çünki 18 aya qədər uşaqlar öz əzələlərini idarə edə bilmirlər. 

Körpələr üçün ayaqyolu təliminin ən ideal vaxtı 18-24 ay arası hesab edilir. Amma bu hər uşağa görə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, hər uşağın inkişafı eyni olmur. Valideyin əmin olmalıdır ki, uşaq öz əzələlərini idarə edə bilir. Yalnız bundan sonra ona ayaqyolu təlimini öyrətmək olar.

Altını islatmaq uşaqlara zövq verir. Ana övladına ayaqyolu təlimi verməyə başlayanda bilməlidir ki, onun zövqünü əlindən alır. Burada əsas iş uşağı ayaqyoluna öyrəşdirməyə çalışan şəxsin üzərinə düşür. 

Təlim uzunmüddətli prosesdir. Ona görə də qəfil müdaxilə yalnış olacaq. Bu, uşağın zövqünü əlindən almaq deməkdir. Əgər uşaq altını isladarsa, onda ana imkan verməlidir ki, o, işini bitirsin. Daha sonra onu ayaqyoluna apararaq təmizləyir. Ana bu yolla uşağa eyni zövqü  ayaqyolunda yaşamağı öyrədir. Burada məqsəd uşağın altının islatmağının qarşısını almaq olmamalıdır. Uşağa bu prosesin yerinin ayaqyolu olduğunu öyrətmək lazımdır.  

Uşağa qısa müddətə ayaqyolu vərdişini öyrətmək  mümkün deyil. Burada anadan tələb olunan ilk  şey səbr və təmkindir. Buna sahib olmayan insan uşağı ayaqyoluna öyrədə bilməz. 

Nə etmək lazımdır: 

1.
 Uşağı körpəlikdən təmizliyə öyrəşdirmək lazımdır. Məsələn, uşaq altını batıran kimi təmizlənməlidir. 

2. Ayaqyolu təliminə başladıqda uşağa keyfiyyətsiz, yəni uşağa suyu və nəcisi hiss etdirəcək bez geyindirmək lazımdır. 

3. Təlim prosesində mükafat və cəza metodundan istifadə etmək olmaz. Bu, uşaqda travma olaraq qala bilər. Çünki ayaqyolu məhrəm duyğudur. O haqda hamıya elan etmək, alqışlamaq və s lazım deyil.

4. Təlimdə tədricilik prinsipi əsasdır. Uşağa ayaqyolu vərdişini öyrətməyə başladıqdan sonra bezdən istifadə etməmək lazımdır. Ola bilsin ki, uşaq bu müddətdə altını batırsın. Amma buna baxmayaraq, bezə yenidən qayıtmaq olmaz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri