Uşaqlarımızı texnologiya asılılığından necə uzaq tutaq?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 125
Səs ver:
(səs: 0)
Günümüzdə valideynlər qərarları övladlarının iradələrinə buraxırlar. Bu da uşaqların texnolojiyadan asılı olmasına gətirib çıxarır. Asılılıq yaradan bütün sahələrdə ana və atanın rolu böyükdür. Bəs texnoji cihazlara qarşı valideynlər nə etməlidir? Türkiyənin psixoloqlarından olan M. Bayram Ayazın bu mövzudakı fikirlərinə nəzər salaq.

Texnologiya asılılığında valideynlərin 3 modeli önə çıxır.

1. Asılılığıa qarşı laqeyd olan valideynlər
2. Asılılıq mövzusunda qayğılı olan valideynlər
3. Asılılıq mövzusunda məlumatlı olan valideynlər

Ana və ata uşağa örnək olmalıdır.

Texnologiya asılılığında valideynlərin hər ikisi də mövzuya önəm verdiyi müddətdə yaxşı nəticələr əldə edə bilərlər. Telefonların, planşetlərin və s. kimi cihazların işlənməsini də özləri üçün disiplin halına gətirməlidirlər. Bununla yanaşı evdə əlavə fəaliyyətlər edilməlidir, hansı ki cihazlarla keçirdiyimiz vaxta öyrəşdiyimiz üçün arada yaranan boşluğu doldurmaq və ailəmizlə daha çox vaxt keçirmək üçün. Evdəki fəaliyyətləri elə bir hala gətirmək lazımdır ki, cihazlar sadəcə iş və çox vacib mesajlar və s. kimi şeylərdə istifadə olunsun, əyləncə üçün deyil.

Uşaqlar hər zaman istədiklərini almamalıdırlar.

İnternetdə bizim mədəniyyətimizlə uyğun gəlməyən bir çox şey var və valideynlər bu mövzularda çox diqqətli olmalıdır. Xüsusilə dost əlavə etmə və onlayn oyunlar haqqında uşaqlarla paylaşım edilməlidir. Virtual dünyada qarşımıza çıxan insan modelləri ilə bağlı məlumatlandırmalı, bu insanlar öz əməkləri iləmi burdadırlar, yoxsa sadəcə keçici imajdanmı ibarətdirlər? Uşaqlara xoşbəxtliklə əlaqəli ekranlar göstərib, eyni zamanda da başqalarının acılarını da empatiya qurmaqları üçün başa salmaq lazımdır. Əgər uşaqlarınız cihazlar üçün çox istək duyurlarsa, hər zaman keçərli olan bir qayda var: “Uşaqlar hər istədiyini almamalıdır”

Onlar üçün sadəcə narahat olmağınız yetərli deyil!

Yeni bir ailə modeli inkişaf edir. Hər bir ailə üzvü toxunulmaz və özəl bir sahəyə malikdir. Hər kəsin öz otağı var. Ailə üzvlərindən birinin problemi olduğu zaman bunu başqa bir qitədə yerləşən birinə danışarkən yan otaqdakı digər ailə üzvləri bundan xəbərsizdir və ya heç vecinə deyil. Bu səbəblə də ailə üzvləri getdikcə biri-birilərinə yadlaşırlar. Əvvəllər televizora qarşı olan asılılığa qarşı mübarizə aparırdıqsa, indi isə “Gəl televizora baxaq” deyərək birlikdə vaxt keçirməyə çalışırıq. Ana və atalar uşaqları üçün yaxşı şeylər istəyərkən nə qədər əmək verdiklərinə diqqət etməlidirlər. “Əmək vermək” mövzusunu niyə bu qədər vurğulayırıq? Çünki öz eqosuna gücü çatmayan valideynlərin, öz uşaqları belə olsa həyatlarına toxuna bilməkləri çətin olur. Yetərsiz olduqları hər nöqtədə aqressiya göstərir, bəziləri isə sadəcə səssiz qalırlar. Uşaqların texnologiya asılılığına həll axtarırıqsa, bunu etmək üçün nə qədər çaba göstəririk? Nə qədər əmək veririk?

Buraxın ağlasın!

• 0-3 yaş arası uşaqların əlinə telefon/planşet verilməməlidir!
• Bu uşaqların TV və ya digər ekranlardan hər hansısa bir şey izləməsi 30 dəqiqədən artıq olmamalıdır. Bu izləmə isə gündə maksimum 3 dəfə təkrarlana bilər.
• Uşaqlar ekran başından uzaqlaşdırılmazdan əvvəl xəbərdarlıq edilməli, anidən telefon əlindən alınmamalıdır.
• Məktəbəqədərki uşaqlar cihazdan uşaqlaşdırılmadan əvvəl onun marağını çəkən başqa fəaliyyətlər tapılmalıdır. Məsələn, onlarla oyun oynamaq kimi.
• Telefonu əlindən alınan uşaqlar ağlamağa başlayanda onu susdurmaq üçün telefon yenidən əlinə verilməməlidir.
• Əgər susdurmaq üçün əlinizdən heç nə gəlmirsə, buraxın ağlasın. Uşağın ağlayaraq sizi idarə etməsinə icazə verməyin. Onun ağlamasının heç bir işə yaramadığını göstərin.

Texnologiyanın istifadəsi üçün tövsiyələr.

• Uşaqlarınızın texnologiya ilə nə qədər vaxt keçirəcəyini müəyyənləşdirin. Məktəb vaxtlarında bu vaxtı 2 saat civarında edin.
• İnternet istifadəsini tamamilə qadağan etməyin. Qadağan etmək yerinə vaxtını müəyyənləşdirin və istifadəsi ilə bağlı ailə qaydaları yaradın.
• Bəs sizin internet/telefon istifadəniz uşağa nümunə olacaq dərəcədədirmi? Unutmayın, uşağınızın nümunə götürəcəyi ilk insan sizsiniz!
• Riski azaltmaq məqsədi ilə uşağınıza noutbuk deyil, masaüstü kompüter alın. Kompüteri isə uşağın otağında deyil, hər kəsin olduğu qonaq otağına yerləşdirin. • Başqa uşaqlarla vaxt keçirməsini təmin edin. Dostluqlar qurmasını dəstəkləyin. • Uşağınızı idmana yazdırın, yaşıdlarıyla tanış ola biləcəyi fəaliyyətlərə yönləndirin.
• 8-ci sinifdən əvvəl uşağınıza telefon almamağa çalışın.
• Uşağınıza qoyduğunuz qaydalara özünüz də əməl edin və ən az 3 həftə qaydalarınızı izləyin.
• Sosial şəbəkələrdə kimlərlə dostluq qurursa bunu uyğun bir yolla kontrol etməyə çalışın. Paylaşdığı kontentləri, işlətdiyi şeyləri sizinlə də bölüşməsini təmin edin.
• Telefonunu hər gün eyni saatlarda işlətməsi qaydaların daha yaxşı işləməsinə səbəb olacaqdır.
• Yatmazdan əvvəl telefonunu otağından kənarda buraxmasını istəyin.
• Hər axşam bütün digital əşyalarınızı söndürdüyünüz bir vaxt müəyyənləşdirin və bütün ev əhalisi bu qaydaya əməl etsin.
• Öz həyatınızdan nümunə göstərərək sahib olduğunuz şeyləri, insanlarla münasibətləri və bəzi qaydaları onlarla paylaşın.
• Kitab oxumaqla telefon işlətməsi arasındakı vaxtı eyniləşdirin və ya 1 saatlıq kitab oxuduqdan sonra telefonu istifadə etməsinə icazə verin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 125
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
valideyinler oxusun
9 iyul 2019 12:33
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Valideynlər nə qeder texnaloji cihazlardan istifade edirlərsə,uşaqlar da bir o qeder istifadə edəcəklər.Yəni ilk öncə özlərini uzaq durmasi lazimdir.
8 iyul 2019 18:17
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri