Uşağımın üstün zəkalı olduğunu necə bilərəm?

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 351
Səs ver:
(səs: 0)
Uşağınız yaşıdlarından ciddi şəkildə fərqlənirsə və üstünlük göstərirsə, çox aktiv, maraqlı və öyrənmək istəyi çoxdursa, sualları bitmirsə və cavablar onu məmnun etmirsə, fərqli bir dünyası varsa və fantastik xəyallar qurursa, uşağınız üstün zəkalı ola bilər! Bəs bu zaman nə etməliyik?

Rəngli və dinamik bir həyat sizi gözləyir!

Hər şeydən əvvəl zəkalı uşağınız haqqında məlumat sahibi olmalısınız. Bu mövzuda yazılmış kitablar, üstün zəkaya sahib olmaq nə deməkdir, bu uşaqların hissiyyatları və onlar haqqında edilən araşdırmalar, qurumlar və təşkilatlar, dərnəklər və s. kimi şeyləri bilmək lazımdır. Başqalarına ehtiyac duymayan, öz işini özünə uyğun metodlarla həll edən, sizin belə ağlınıza gəlməyən həll yolları tapan bir uşağa sahibsiniz. Hər kəsin diqqət etdiyi, barmaqla göstərdiyi, məktəbdə ən çox tanınan uşağın valideynləri olmusunuz. Bunlar sizi qürurlandıra bilər.

Uşağınızla razılaşma yollarınızı seçin

Üstün zəkalı uşağa sahib olmaq hər zaman avantajlı olmur. Övladınızla danışıqlarınız bəzən anlaşmazlığa səbəb ola bilər. Əgər uşağınızdan nəsə etməsini istəyirsinizsə, bunun üçün istədiyiniz şeyə məntiqli açıqlamalar və səbəblər göstərməlisiniz. “Mən sənin ananam-atanam” kimi sözləri çox işlədirsinizsə, bunları dəyişdirməyiniz lazım gələcək. Çünki uşağınız da sizin avtoritar rejiminizə ortaq olmaq istəyəcək. Uşağınızdan bir şey etməsini istəyərkən müxtəlif alternativlər düşünməli və onları tətbiq etməlisiniz. Məsələn, “Dişlərini fırçala” əmri yerinə, “Sən niyə dişlərini fırçalamırsan?” sualına cavab almaq yerinə, birlikdə dişlərinizi fırçalamağı təklif edin. Uşağa bu kimi təkliflər etməklə həm öz istədiyinizi etdirmiş olacaqsınız, həm də övladınız qərarları özü verdiyi üçün məmnun olacaqdır.

Üstün zəkalı olduğunu hamı bilməməlidir

Uşağınızın üstün zəkaya sahib olması sadəcə bir neçə insanın bilməsi gərəklidir. Çünki bu uşağın psixologiyasına pis təsir edə bilər. Bunu hər yerdə demək, sizə xoş gəlsə də, uşağınızın düşüncə sağlamlığına zərər verə bilər. Uşağınızı onun ağlına görə təqdir etməyin, onun etdiyi şeylərə görə təqdir edin.

Yalnızlaşa bilərlər

Öz yaşıdlarından fərlqənməsi və problemlər yaşaması uşağınıza yalnızlığa gətirib çıxara bilər. Belə vəziyyətlərdə empatiya qura biləcəyi fəaliyyətlər etməsini təmin edərək öz dostlarını anyala biləcək duyğusal inkişafa sahib olmasına kömək edə bilərsiniz.

Onun da uşaq olduğunu unutmayın

Üstün zəkalı olmasına rəğmən onun hələ də uşaq olduğunu unutmamaq lazımdır. Onun həmişə yetkin və məntiqli, zəkalı oyunlar oynamaq kimi gözləntiləri olmamasını nəzərə almaq lazımdır. Hansı xüsusiyyətə malik olurlarsa-olsunlar bütün uşaqların ana qayğısına və şəfqətinə ehtiyacı vardır. Hər bir uşaq özəldir və hər biri özünü fərd kimi hiss etmək və hörmət görmək istəyər.

Məktəbdə öyrəndikləri onu məmnun etməyə bilər

Məktəbdə alacağı təhsil onu qane etməyə bilər. Bunun üçün ona daha maraqlı olan sahələrə yönləndirmək də lazım gələ bilər. Üzgüçülük, qaçış, futbol və s. kimi sahələrdə də uşağınıza dəstək olmalısınız. Özünə yeni hobbilər və məşğuliyyətlər qazanmağa təşviq edə bilərsiniz.

Mükəmməllik qayğısı

Uşağınızda ətraf mühitin və ya özünün yaratdığı mükəmməllik qayğısı yarana bilər. Bu kimi vəziyyətlərdə uşaq özünə xəta etmə haqqı tanımır. Uşağınızda belə bir qayğı yaranmasın deyə ona “Necə yəni edə bilmirsən? Niyə ən yüksək qiyməti almamısan?” tipli reaksiyalar verməməlisiniz. Uşağınız hər nə qədər ağıllı olursa, onun da səhv edə biləcəyini unutmamaq lazımdır. Əgər hansısa bir dərsində uğursuz olarsa, “gələn dəfə daha yaxşı edərsən” kimi sözlər deməyiniz övladınızı daha uğurlu və motivasiyalı edəcək, yenidən cəhd etmək şansı yaradacaqdır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 351
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Boyuk oglumun ustunluklerin yawidlari arasinda oldugu zaman cox hiss edirem. İnsallah ki gelecekde de savadli bir insan kimi cemiyyetimize faydali ogul olar
4 avqust 2019 19:41
3
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
Tomris Müslümova
Bizim Ümidin nitqinde lengime var idi loqoped yanina aparirdi mamam . Onda hemin müellim demisdi ki, bu usaq çox zekalidi ve qeyri-adi usaqdi . Bunun üstünde dursaniz geleceyi parlaq olacaq .
Bizde sezmisdik onun ferqli oldugunu amma müellim tesdiqlemis oldu.
4 avqust 2019 18:33
2
Mənim olan bu heart səni çox sevir!!!
Online
diablo
Valideynlər üçün faydalı xəbərdir.Təşəkkür
4 avqust 2019 16:52
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri