Qeyri-adi uşaqlar yetişdirən qeyri-adi məktəblər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 272
Səs ver:
(səs: 1)
Dünyada bəzi məktəblər fərqli və qeyri-adi üsulları ilə fərqlənir. Bu üsullar təbii ki qeyri-adi uşaqların yetişməsinə səbəb olur. Sizin üçün dünyadakı qeyri-adi 9 məktəbi topladıq.

Həyatımız boyu sadəcə sıradan biri olmaq üçün təhsil aldığımız məktəblərə çox öyrəşmişik.Öyrəşmədiyimiz isə fərqli üsullar sınayan, inkişaf etdirən və hər bir şagirdi ayrıca bir fərd olaraq görən məktəblərdi.Kimiləri qəbul etdikləri prinsiplərlə,kimiləri arxitekturaları ilə diqqət çəkən bu gözəl məktəblər şagirdlərinə heç vaxt adi bir münasibətlə təhsil vermir.

Qəliblərin xaricinə çıxmağı bacaran, dünyanın dörd bir yanından açıq fikirlilərin məhsulları olan o məktəblərdən bəzilərini punktlar üzrə sadaladıq. Təhsildə yer alan hər kəsin üfüqünü açması diləyi ilə, və bəlkə bizim ölkəmizdə də bu tip cəhdlər olar ümidiylə…

1.ABŞ, Rhode Islandda əsl "Həyat Məktəbi"

Bu məktəbin tələbələri ən başından bəri yalnız həqiqətən öyrənmək istədikləri şey nədisə onun təhsilini alırlar. Uşaqların həyatdakı peşəkar arzularını başa düşə bilmələri üçün hər biri, bir qoçla qruplaşdırılır. Bu təhsil strategiyası ölkə üzrə 55 məktəbdə tətbiq olunmağa başlanıb.

2.ABŞ, Ohiodakı ofis görünüşlü məktəb

Bu məktəbdə bildiyimiz quru taxta siniflərdən və ya təbaşir istifadə edən müəllimlərdən yox. 300 fərqli bölməsi olan böyük bir ofis var. Hər tələbənin fərdi tədris planını apardığı, ona məxsus kompüteri və öz sahəsi var. Şagirdlər öz-özlərinə öyrənirlər və ehtiyac duyduqları anda müəllimlərdən kömək istəyirlər.

3.Uşaqlara, valideynlərinin etmə dedikləri şeyləri etdirən məktəb

San-fransiskodakı bu məktəbin müəllimləri uşaqlara "təhlükəli şeylər" etdirirlər və hətta bütün tədris planları belə şeylərlə dolu olur. Uşaqların;üstlərini-başlarını çirkləndirmələri, odla oynamaq və elektronika əşyaları söküb parçalarına ayırmaları sərbəstdir. Bu strategiya uşaqların təcrübələrlə öyrənmələrinə imkan tanıyır.

4.Cinsiyyət rolları deyə bir anlayışın olmadığı məktəb

İsveçdəki məktəbin təməl prinsipləri tamamilə tələbələrin bərabərliyinə əsaslanır. Uşaqlar, onları qız və ya oğlan olduqlarını müəyyən edən xitablarla deyil, sadəcə adları ilə çağırır. Bu sistem ön mühakimələri qırmaq üçün vuruşur və uşaqların mental olaraq daha sağlam inkişafını təmin edir.

5.Dünyanın ən yaşıl məktəbi Fransada

İlk baxışda bir qolf meydançasını və ya çöl çəmənlik bir ərazini xatırladan məktəb, uşaqların yaşıl və açıq sahədə zaman keçirməsi zərurətindən yaradılmışdır. Məktəbin damı və arxa bağçası tamamilə otla örtülüdür. Uşaqlar bu məktəbdə tozlu siniflər əvəzinə, mümkün olduqca təmiz havada təhsil alırlar.

6.Uşaqların həssaslığını və yaradıcılığını inkişaf etdirməyi qarşısına məqsəd qoyan məktəb

Nyu-Yorkdakı məktəbin baniləri, bir məktəbin daha çox oyun meydanına bənzəməsi lazım olduğunu hesab edirlər. Beləliklə, uşaqlar özlərini öyrənməyə daha çox həsr edirlər. Bu məktəbdə uşaqlar, geri dönüş, 3D şəhər planları kimi məsələləri müzakirə edir və həyəcanlarını canlı tutan daha bir çox yaradıcı şeylər edirlər.

7.İsveçdə şagirdlərin mağaralar və dağlarda təhsil aldığı məktəb

Yaradan memarlar sağ olsun, uşaqların bu məktəbdə darıxmaları mümkün deyil. Bir məktəbdən daha çox sehrli bir dünyaya bənzəyən məktəbdə normal və adi siniflər yoxdur. Bütün məktəb iri açıq bir sahədən ibarətdir və təbiət mövzusu içində, musiqi, rəqs, incəsənət kimi sahələrdə təhsil alırlar.

8.Nigeriyadakı üzən məktəb Makoko

Hər yaşdan tələbələrin təhsil aldığı məktəb, bölgədəki gölün yüksələn sularına müqavimət göstərməsi üçün xüsusi olaraq inşa edilib. Kater şəklindəki məktəbdə, ən pis hava şərtlərində belə, 100 tələbə etibarlı bir şəkildə təhsil ala bilir.

9.Hər bir şagirdə xüsusi təhsil verən Stiv Jobs Məktəbi

Hollandiyada olan Stiv Jobs məktəbi hər tələbənin fərqli qabiliyyətləri və maraqları olduğunu müdafiə edən və buna uyğun şəkildə təhsil verən ən yaxşı nümunələrdəndir. Həmçinin təhsil planı hər altı ayda bir, şagird, müəllim və valideynlər tərəfindən təkrar qiymətləndirilib keçirilir.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 272
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Men sexsen bu cur mekteblere o qederde yaxsi baxmiram. Iclerinde normal olanlarida var anormal yersizderide. Dogrudur qebul edirem ki, ders kecende usaqlara dersi sevdire sevdire oyredmek daha maraqlidi hemde effektli ama o demek deyil ki,uwaqlari dagin basina cixardmaq lazimdi. Ozude bir defe deyil iki defe deyil her allahin ders gunu.
Men ana kimi oz uwagimi ele mekteblere qoymazdim. Birce ABŞ in Heyat Mektebini beyendim. Ancaq oda eledirki uwaq ilk derslere basladigi vaxtda bir weyi oyrenmek isteyirlerse boyudukce xeyallari istekleri deyiwir elbetdeki,bes onda nece olur?
1 sentyabr 2019 19:21
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Isterdim bele ferqli mekteblerde tehsil almaq.Maraqli mektebledi
1 sentyabr 2019 18:55
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
İlaha
Maraqlı məktəblərdir, amma bizdə belə məktəblərin olması qeyri-mümkündür. Çünki valideynlər uşaqlarının ancaq göz önündə olmasını istəyirlər, belə məktəblərdə oxumasına icazə verməzlər və bunu normal qarşılamazlar. 1, 2, 5, və 9 cu məktəbləri bəyəndim.
1 sentyabr 2019 17:57
2
Offline
diablo
Aa nə maraqlı ən diqqətimi çəkəni İsveç oldu.Mağarada daglarda məktəb var.Təşəkkür baci
1 sentyabr 2019 16:44
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri