Övladınıza yeni hobbi qazandırmaq üçün...

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 307
Səs ver:
(səs: 1)
1. Maraq dairəsini müşahidə edin
Hər uşaq fərqli istiqamətlərdə inkişaf göstərə bilər. Uşağınıza yeni hobbi qazandırmaq istəyirsinizsə, ilk etməli olduğunuz onun maraq dairəsini və xoşu gələn fəalliyyət növlərini müşahidə etməkdir. Öz istəkləriniz və gözləntilərinizin yerinə övladınızın istedadına diqqət cəmləyin. 

2. Yaş qrupuna görə istiqamətləndirin
Uşağınızın maraq dairəsini 2-3 yaşından etibarən müşahidə edə bilərsiniz. Bu yaş dövründə rəsm, musiqi, maket qurmaq və ya pazl kimi hobbilər onun üçün uyğun hobbilərdir. Məktəb dövründə isə fiziki bacarıqlarını üzə çıxara bilərsiniz. 

3. Hobbi bir oyun kimi təqdim edin
Övladınız yeni hobbi qazandırmaq istəyirsinizsə, bunu məcburiyyət yerinə oyun kimi təqdim edin. Hobbi, uşağın zövq aldığı bir fəaliyyət olmalıdır. Hobbi oyun kimi görünsə, asanlıqla vərdişə çevrilə bilər. Uşaqlar yeni vərdişlər qazanarkən valideynlər onlara yoldaşlıq etməlidir.

4. Hobbisi ilə maraqlandığınızı ona göstərin
Xüsusilə, azyaşlı uşaqlar uğurlarının qarşılığında rəğbət görmək istəyərlər. Uşağınızın yeni hobbisi olmasına kömək etmək istəyirsinizsə, marağı olan sahə ilə bağlı onu təşviq edin. Onunla maraqlandığınızı göstərin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri