İlk tərbiyə ocağı: ailə

Şərhlər: 3
Baxılıb: 1713
Səs ver:
(səs: 0)
Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarını etibar etdikləri təhsil müəssisələridir. Üstəlik, onlar bu müəssisələrdən təkcə təhsil yox, tərbiyə də tələb edirlər. Əslində, valideynlər bu tələblərində haqlıdırlar. Ancaq onlar ilk tərbiyə ocağının öz ailələri olduğunu unudurlar. Digər tərəfdən, onlar təhsil müəssisələri üçün göstərdikləri həssaslığı öz ailələri üçün göstərmirlər.

Ümumiyyətlə, tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra sürətlənir, üç yaşından sonra isə ən çətin mərhələsinə gəlib çatır. Ancaq təəssüf ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışırlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər. Bu isə özünü təkcə uşağın psixoloji inkişafında yox, fiziki inkişafında da göstərir. Buna görə də, uşaqlarınızı (müəyyən mənada, şagirdlərinizi) yetişdirərkən həssas davranmalı, hər hansı bir problemə qarşı gəlişigözəl reaksiyalar göstərməməli, lazım gəldikdə bir mütəxəssisdən məsləhət almalısınız.

Üstəlik, ailə adlandırdığımız bu ocaqda uşaqla planlı şəkildə ünsiyyət quraraq, həm şəxsiyyətinin formalaşmasına kömək edə, həm də qabiliyyətlərinin üzə çıxmasına imkan verə bilərsiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1713
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 521
Xəbər sayı: 0
Fulin
Maraqlı xəbərdi.Valideynlərin övladlarına verdiyi tərbiyə çox vacibdir.Çünki onun cəmiyyət üçün düzgün bir vətəndaş kimi,ölkəsinə faydalı bir insan kimi formalaşmasına köməy edir.

Təşəkkür⭐
26 iyul 2020 00:45
3
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 6237
Xəbər sayı: 0
Cema_Axodova
Uşaqlar ailənin güzgüsüdür
25 iyul 2020 20:55
2
p.s
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Bəli, ilk tərbiyə ocağı ailədir.Uşaq ailədə necə yetişirsə və tərbiyə alırsə təhsil müəsisələrindədə elə olur.uşaq evin güzgüsüdür.Deyərlər.
Təşəkkürlər
25 iyul 2020 20:02
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri