Dəcəl uşaqla necə baş edərsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 15 133
Səs ver:
(səs: 5)

Bu vəziyyətdə ailənin etməsi lazım olan, gün içində uşağa nələr edəcəyini açıq və dəqiq şəkildə izah etməkdir. Hansı davranışı etdiyində nəticəsində nə olacağını uşağa əvvəldən söyləyərək, ona seçki haqqı tanıması lazımdır. Beləcə uşaq həm qərarını verəcək həm də məsuliyyət hiss edəcək özünü yetkin kimi hiss edəcək. Yaramaz davranışlarından bu sayədə sıyrılması, təqdir edildikcə yetkin kimi davranması gözlənəcək.

Əsəbi, təcavüzkar və yaramaz bir uşağınızmı var? Ona necə davranmalı, onunla necə danışmanız lazım olduğunu bilirsinizmi? 
Biz anaların ən böyük çətinliyi yaramaz uşaqla baş etməkdir. Təcavüzkar, əsəbi, incidici davranışları olan uşaqlarımızı anlamaq və bu davranışları çox geç olmadan dəyişdirmək üçün onlara köməkçi olmaq çox əhəmiyyətlidir.
Uşaqlar niyə dəcəllik edir? Bunu hara qədər normal qəbul etmək, nə vaxt psixoloq dəstəyi almaq lazımdır, uşağı cəzalandırmaq doğrudurmu? Uşaqlarda dəcəllik problemi ilə əlaqədar maraqlı bütün mövzuları Psixoloq Berna Akpınar açıqlayır…
Uşaqlarda dəcəlliyin səbəbləri?
Uşaqlarda dəcəllik etmə səbəblərinin başında ailənin davranışlarının əsassız olmasıdır. Uşağa istənilməyən bir davranış etdiyində  onlar bunun uşağın xarakterindən ötəri olduğu düşünülər. Əslində uşağın xarakterinin meydana gəlməsində ailənin çox böyük əhəmiyyəti vardır. Ailənin tutumu səhv olduğu üçün, uşaqda istənməyən davranışlar görülür.
Dəcəllik dediyimiz bəzi davranışlar, uşağın təcavüzkar olduğu davranışlardır. Qırıb tökmə, vurma, itələmə kimi davranışlar, uşağın çölə yönəltdiyi təcavüzkarlıqdır. Bir də ana ata və uşaq arasında etibarsızlıq problemi, uşağın təcavüzkar davranmasına yol aça bilər. Uşaq kiçikkən, ana və atayla etibarlı bir bağlanma yaşaya bilməmişdir, bu problem inkişaf dövrlərində də irəliləyərək böyüyər.
İşləyən ana atalar, ümumiyyətlə uşaqlarını baxıcı yanına göndərərlər. Uşaqlar ‘məktəbə gəlmək istəmirəm, yemək yemək istəmirəm' kimi davranışlar sərgilərlər. Bundan ötəri xüsusilə analar, uşağa mənfi maraq göstərməyə başlar. ‘Sən niyə belə edirsən, məni üzürsən' şəklində göstərilən mənfi əlaqə, uşaq müsbət əlaqəni görə bilmədiyi üçün gərginlik halına gəlir. Mənfi də olsa maraq görmək üçün davranışını davam etdirər.

 Hansı vəziyyətlərdə uşaq daha dəcəl ola bilər?

Ana və atadan biri yanında deyilsə, uzaq bir iş yerində işləyirsə
, ölkə xaricindədirsə və ya valideynlərdən biri evə davamlı gec gəldiyi üçün uşaq onu çox çox görmürsə dəcəllik edə bilər.
Ayrı olan ailələrdə nənə, ata tərəfdən nənə kimi bəzi yetkinlərin olmamasının da uşaqları pis təsir edə bilər. Uşaq özünü tək hiss edər və bunu da çölə qarşı bir hücum olaraq ortaya çıxara bilər. Ya da tam tərsi içəriyə qarşı hücum olaraq dırnaq yemə, barmaq əmmə kimi davranışlarla göstərə bilər.
Xüsusilə boşanmış cütlərdə, uşaq valideynlərindən birini daha az gördüyü üçün diqqəti cəlb etməyə çalışaraq dəcəllik edər. Evdə təzyiqçi tutumu sərgiləyən ailələrdə də uşaqlar dəcəllik etməyə daha meylli olar.
Dəcəllik edən uşaqla necə danışmaq lazımdır?
6 yaş  uşaqlarla böyük bir yetkinmiş kimi danışma, şərh etmə şansınız var. Amma daha kiçikkən nə qədər açıq izah etsəniz izah edin, uşaqlar üçün bəzi şeylər çox mücərrəd qalar.
Bu vəziyyətdə uşaqlara hekayələr izah etmək ünsiyyəti asanlaşdırar və daha tez anlamalarını təmin edər. Məsələn, dəcəllik edən uşaq mövzulu bir hekayə uydura bilərsiniz. Bu hekayənin nəticələrini də uşağa izah edib ona dəcəllik olaraq qəbul edilən davranışları etməməsi lazım olduğunu hekayə üzərindən çatdıra bilərsiniz. Heç bir zaman onun etdiyi davranışı birbaşa olaraq "Sənin etdiyin bu davranış çox səhv" şəklində izah etməməlisiniz. Hekayədəki uşağın etdiklərinin nəticəsində xoşbəxt olmadığını göstərərək uşağınıza bilvasitə yoldan izah etmək daha yaxşıdır.
Uşaqlar hər şeyi başa düşər
Uşaqların heç bir şeyi anlamadığını düşünmək səhv olar. Uşaqlar hər şeyi duyar və unutmazlar. Onlara hər şeyi dəqiq və sadə bir dillə izah etmək, başlarında sual işarəsi buraxmamaq lazımdır.
Uşaqlarda dəcəllik hara qədər normal qəbul edilir?
Bizim dəcəllik hesab etdiyimiz davranışlar əslində uşaqların yaşlarının gərəyi kimi davranmalarından qaynaqlanır. Onlar bir şeyləri kəşf etməyə çalışırlar . Biz yetkinlərin dəcəllik deyə xarakterizə etdiyi davranışlar, uşaqların müəyyən yaş dövrləri üçün çox normaldır, qəbul etmək lazımdır.
4-6 yaş arası uşaqlar ictimai qaydaları öyrənməyə, 6 yaşından sonra məktəbə başlayırlar. Bu dövrdə dəcəllik dediyimiz davranışların azalmış olması lazımdır. Əgər bu dövrdə azalmazsa, köməyə müraciət edilə bilər. Uşaq dəcəlliyə davam edirsə, əslində ailənin problemi vardır uşaqla və onun davranışlarıyla baş edə bilmirdir. Böyük ehtimalla əsassız davranış sərgiləyir ailədə.
Dəcəllik edən uşağı cəzalandırmaq doğrumu? 
Uşağa heç bir zaman cəza tətbiq olunmaması lazımdır. Cəza təhsildə mənfi faktor olduğu üçün, cəzanın nəticələrinin də mənfi olar.
Valideynlərin ‘Bunu etdiyin üçün bunu edə bilməyəcəksən' kimi uşağa etdiyi davranışın sonrasında bir cəza tətbiq olunacağı mesajı verməsi, müsbət bir nəticə yaratmaz. Əvvəlində uşağa etdiyinin istənməyən və pis davranışlar olduğu izah edilməli. Məsələn, uşaq bir şeyi qırdığında bunu etdiyi üçün çox sevdiyi proqramı izləyə bilməyəcəyini əvvəldən bilsə, seçkisini özü edəcək və proqramı izləmək istəyirsə bir şeyi qırmayacaq. Davranışı etdikdən sonra cəza vermək, heç bir şey əldə etmənizi təmin etməz.
Dəcəlliyin gətirib çıxardığı nə kimi davranış pozuqluqları vardır?
Uşağın dəcəllik etməsinin arxasından psixoloji problemlər gələ bilər. Uşaq mənfi əlaqədən sonra bir həzz axtarışına girər, əslində dəcəllik ilə diqqəti cəlb etsə də həzz duyğusunun əskik qala bilər. Bu da bağlandığı valideynlərdən birinin əskik olması ya da ev içində bir şəkildə özünü yaxşı hiss etməməsindən qaynaqlana bilər.
4-6 yaşdan sonra uşağınızda dəcəllik əlamətləri davam edirsə qətiliklə ekspertə müraciət etməlisiniz. Ekspert, əvvəl uşağınızla birlikdə sizi ailə olaraq dinləyəcək, sonra sizinlə valideynləri olaraq ayrıca işləyəcək, ən son yenə uşağınızla birlikdə sizi dinləyəcək və həll çıxarmağa çalışacaq.

Barmaq əmmə, dırnaq yemə, mastürbasiya
 bu nöqtədə uşaqların ən əhəmiyyətli həzz nöqtəsi, 1 yaşına qədər normal sayılan, bəzən 3 yaşına qədər davam edən, ancaq daha irəliidəki yaşlarda davam etməsi sağlamlıqsız olduğu barmaq əmmə davranışıdır.
Uşaq dırnaq yeməyə hətta mastürbasyon etməyə də başlaya bilər. Uşağın cinsi orqanını kəşf etdikdən və həzz aldığını fərq etməsindən sonra bunu davam etdirməsi, uşaqda bir şeylərin əskik olduğunun, uşağın bu əksikliyi aradan qaldırmağa çalışdığının bir göstəricisidir. Buna xüsusilə ana atadan birinin olmaması və həsrət duyğusu səbəb ola bilər.

Tərcümə Etdi : N E L L I

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 15 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri