Uşağınız inadçıdır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2191
Paylaş:
Səs ver:
(səs: 3)
Uşaqlarda inadçılıq, uşağın müəyyən bir məqbul səbəbi olmadan, bir hərəkətdə israr etməsi, davranışını, düşüncəsini, vəziyyətini dəyişdirməməsi şəklində təyin oluna bilər. İnadçılıq uşağın ruhsal inkişafının bir nəticəsidir və ən çox 3-6 yaş arasında özünü daha qabarıq şəkildə göstərir. Bu yaşlarda inadçılıq normaldır. Çünki bu dönəmdə uşağın mən duyğusu və azad olma duyğusu inkişaf edir. Məsələn, uşaq hər şeyi özü etmək istəyir, etdiyi şeylər xoşuna gəlir, ətrafından gələn reaksiyalara qarşı müqavimət göstərməyə başlayır. Öz varlığını hiss etdirməyə, qəbul etdirməyə çalışır. Özünə görə o həmişə haqlıdır.

İnadçılığın davranış pozuqluğuna çevrilməsinə maneə törətmək üçün mütəxəssislər bu nöqtələrə diqqət yetirməyin lazım olduğunu söyləyir:
• Uşaq böyüdərkən daha xoşgörüşlü, səbirli və sakit olmalısınız;
• Uşağınıza qarşı sərt rəftarlardan uzaq olmalısınız;
• Uşağınızın öz şəxsiyyətini inkişaf etdirmə yolundakı addımlarına maneə törətməməlisiniz;
• Uşağa "inadçı" sözü ilə müraciət etməklə onun bu davranışını gücləndirməməlisiniz;
• Uşaq qışqırıb bağırdığında onun istəklərini yerinə yetirməməlisiniz;
• Uşaq bir mövzuda inadçı olduğunda uşağın diqqətini başqa istiqamətə çəkməli, inad etdiyi təqdirdə istədiyini əldə edə bilməyəcəyini uşağa açıqlamalısınız;
• Uşağınızın inadçı davranışları qarşısında, onunla inadlaşmağa və qarşıdurmaya girməməlisiniz;
• Uşağınızın təməl fiziki və psixi ehtiyaclarını qarşılamada gecikməməlisiniz;
• Ana-ata olaraq, uşağınızın təhsilində eyni üsulları mənimsəməli və tətbiq etməlisiniz;
• Uşağınızın inkişafı və psixologiyası ilə əlaqədar doğru məlumatlara sahib olmalısınız;
• Uşağınız sizinlə inadlaşarkən onu cəzalandırmaq yerinə inadının səbəbini tapıb, həll yolu tapma istiqamətində səy göstərməlisiniz;
• Ana-ata məsuliyyətinizə "anlayış və səbr" qabiliyyətlərinizi də əlavə etməlisiniz;
• Uşağınıza onu sevdiyinizi sözlərinizlə, davranışlarınızla və toxunmalarınızla tez-tez hiss etdirməlisiniz;

Son olaraq, unutmayın ki, uşaqların inadçılıq davranışları gücləndirildiyində böyüdükləri zaman da uyğunsuz davranışlar göstərəcəklər. Ətrafındakılarla mübahisə edən, uyğunlaşma təmin etməyən, daha dar baxış bucağına sahib bir fərdə çevriləcək. Bunun nəticəsində də yoldaş və dost çevrəsi daralacaq...

/Sevda Cəlilzadə/

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2191
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook