Uşaqlar da zorakılığın qurbanı olur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 115
Səs ver:
(səs: 5)
Biz bəzən uşaqlara elə çox əsəbləşirik ki,özümüzdən asılı  olmadan ağzımızdan pis sözlər çıxa bilir .Amma zorakılıq təəssüf ki, hal-hazırda hələ də ən böyük problemlərdəndir.
Uşaq tərbiyəsinin ən əhəmiyyətli ünsürü həyata sevincidir. Ailə içindəki çətinliklər bəzən elə bir hala gələr ki, uşaq tərbiyəsində ən birinci  məsuliyyət daşıyan  ana həyata sevincini itirə bilər. "Sabahın bu gündən fərqi nə olacaq ki?" sualı ananı ümidsizliyə sala bilər. Ümidsizlik, bədbəxtliyin yaranmasına səbəb yaradar. Ümidi qalmamış, həyata sevinci olmayan bir ananın, uşağını tərbiyə etməsi qeyri-mümkündür.
Ana və ataların bir qismi, xüsusilə də analar əsəblərinə hakim ola bilmir və uşağın etdiyi bir səhv, işlətdiyi bir qüsur ya da istəmədiyi bir şeyi etməsinin nəticəsi olaraq dözə bilməyərək uşağını döyər. Döymənin nəticəsi bəzən uşağa zərər verəcək dərəcədə olar. Döyən ana və ya ata bir müddət sonra bu hərəkətindən  peşmanlıq çəkər,amma  bu bir nəticə verməz artıq.
Ekspertlərə görə uşağı cəzalandırarkən edilən ən böyük səhvlərdən biri döyməkdir. Döymək təhlükəlidir. Çünki aparılan araşdırmalara görə döyülən anda  uşaq niyə döyüldüyünü heç vaxt xatırlamaz. Tək xatırladığı şey döyüldüyüdür. Döymək; cəza sıralarında yeri belə almamağı lazım olan bir davranış formasıdır. Döymək uşaqda hər cür problemə səbəb ola bilər.
Psixoloji olaraq da problemə yol aça bilər, fziyoloji olaraq da. Zərbə nəticəsində uşağın şikəst olması, aldığı zərbə nəticəsində xəstələnməsi də yaşana bilər. Buna görə döymək qətiliklə həyatımızdan çıxarılması lazım olan bir davranış formasıdır. Bəzi insalara görə bu forma uşaqların tərbiyəsi üçün lazım olan bir hərəkətdir. Hətta bu mövzuda atalar sözləridə var: Qızını döyməyən,dizini döyər.Zorakılıq  görən və ya anası, atası ya da qardaşları hörmətdən salınıb hədələlənən, döyülmələrinə şahidlik edən uşaqlar bütün bunlardan  mənfi bir şəkildə təsirlənir. İstər özü, istər ailə fərdlərindən biri zorakılığa məruz qalsın,bunu yaşayan ya da şahid olan uşağın özünə hörməti, böyüklərinə hiss etdiyi güvən və həyata sevinci sarsılır. Ailəsində belə hallar görən uşaq həm özünü günahkar hiss edir, həm kədərlənir, həm özünü döyən ailə böyüklərinə sevgi və nifrət duyğusunu  hiss edir, tərk edilmə narahatlığı yaşayır, özünü doğru ifadə etməkdən qorxur,ancaq əsəbi və bədbəxt olur, özünü çarəsiz hiss edir.
    
/Mənbə: Qadınlar.biz/
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 4 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri