Ana bətnində uşağın tərbiyəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 47971
Səs ver:
(səs: 8)
Ümumiyyətlə ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. "Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə "aparın bu uşağı artıq onun üçün gecdi” demişdi. Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan M.P burda hətdə uşağın ana bətnində olan tərbiyəsin nəzərdə tutmuşdu. Hətda dində də Allah Uşağa ana bətnində 2ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün doğulanda belə dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə öz münasibətin ən azı ağlamaqla göstərir. Amma ana bətnində isə tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.
ABŞda "baby shine” adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və Psixoloji Mərkəzlərdə, Klinikalarda belə uğurla istifadə olunur. Bu ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə bu barədə körpəsinə raport verir: "Ana indi ataya yemək verməyə mətbəxə gedir”, " bir az darıxdıq gəl gedək bir az televizora baxaq”, "Ata əsəbidi gəl onu güldürək”. Bu metod uşaqlarda intelektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur.
Çox yaxşı olardı Anamız özünə hamiləlik boyu bir qeyd edə biləcəyi dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: "1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun, 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s.”mümkün olsa göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şfanerinin üstünə və hər dəfə yanından keçəndə oxusun yadına əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 punktu əlavə edərək yapışdırsın. Bu hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.
 
Ümumiyyətlə ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz shopen, mozart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızı daha "mədəni” olmasını istəyirik. Əslində isə bu tam belə deyil. Psixologiyada Etnopsixologiya deyilən bir elm varki, burada hər bir millətin fərqli zövlərə, iqlimə,yaşayış tərzinə bir sözlə bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqiyi dinləməsi elədə effekt vermir. Ana çalışmalıdı dinlədiyi musiqilər Azərbaycan mənşəli musiqi( Sözsüz mahnı) qulaq assınlar. Bu övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, komunikativ uşaq edəcək. Məsələn elə bizim əksəriyyətimiz himnimiz və ya sarı gəlinimiz və ya başqası bunları dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək "tüklərimiz biz-biz olur” bu da bizim genetik yaddaşımızı göstərir.
Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyirik bəzən buna zorlayırıq sonda isə çox vaxt məyus olur, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz nə siz incimərsiniz nə də övladınız.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, psixoloq Narınc Rüstəmova
(səs: 8)
Şərhlər: 5
Baxılıb: 47971
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
tek onu bilirem ki, iki korpemin ikisinde de butun hamilelik boyu aglimda olan tek sey Tanrima yalniz saglam olmalarina gore dua etmek olub, min sukur ki, Tanri dualarimi esidib,
31 yanvar 2014 22:07
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
ana betninde usaqa nagil, mahni oxumaq cox yaxsidi
31 yanvar 2014 16:28
4
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
hamile qadinlarcin daha meslehetlidi oxumaq
31 yanvar 2014 13:55
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Sitat: Deniz_24
Allah butun qizlara bu hissi yasamagi nesib etsin


Amin
31 yanvar 2014 12:49
2
Şərh sayı: 80947
Xəbər sayı: 30
BARBI
mence de usaq ana betninde her seyi hiss edir.
31 yanvar 2014 12:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri