Uşağı döymək olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6298
Səs ver:
(səs: 5)
Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar.

Təəssüf ki, bu tip "tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox daha kinli olur.

Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki:
• Uşaq, dəcəllik edərkən döyülərsə etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy gostərməsinə gərək duymur.
• Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.
• Uşaq, valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
• Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

Bəzi hallarda ana-ataların uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapmadıqlarının hamımız şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar:
• Deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.
• Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa- üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərdən döymək çox zərərlidir. Bu ana-ataya deyil zülümkara yaraşır. Uşağa vurmağın əslində zərərli olduğu və ancaq aşağıdakı hallarda son çarə olaraq muraciət edilə bilərlər.
• Uşağın başqasına qəsdən və bilərək zərər verərsə;
• Davamlı xəbərdarlığa baxmayaraq pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)

Yenə də, əsas qaydamızı təkrarlayaq:
Əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda sözlə izah etməli, xüsusilə vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı qəti istifadə edilməməlidir!

Sonda isə onu demək istərdim ki,uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və atalar uşağın tərbiyəsində feli və fikri əməkdaşlıq etməlidirlər. İnanın nə qədər mümkünsüz görünsə də uşağa xətər yetirmədən böyütmək mümkündür.

NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ-nin rəhbəri, psixoloq Narınc Rüstəmova
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 6298
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
doymusem ne yalan deyim
11 fevral 2014 16:40
6
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
asagi basa salmaq lazimdi doymek yox
1 fevral 2014 22:29
5
Şərh sayı: 4834
Xəbər sayı: 628
_cennet_meleklerim_
Ay insALLAH olsun...qiya bilmerem ki, men balama
1 fevral 2014 21:58
4
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
usaqi doymek olmaz evvelde aldadirsanki doyegeyem onda qorxurlar doyulenden sonra ise qorxmurlar diyirlerki bir vuragey sonraday fsyo,hemde usaq doymek ele qorxuzmaq usaqi zeif eder dahada cirkin isler gormeye mecbur eder,mence usaqi doymek duz deyil usaqi sozle xosh sozlede cox asanliqla basa salmaq olar
1 fevral 2014 21:47
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
elbettde usaqi doymek duzgun deyil.Amma bu barade xaricde qanun var usaq doyen valideyin cezalandirilir.Bu qanunla da razi deyilem.Usaqlar ozlerini daha guvenli hiss edib valideynlerini hec dinlemirlerde.Lakin usaqi doymedende basa salmaq olar,her halda doyerek basa salmaqdansa sakitce ona herseyi anlatmaq olar.Biz valideyinler usaqa shexsiyyet kimi yanasib onlarin ne istediklerini oyrenmeliyik.Deyesen cox yazdim neyse men usaqa cox hessasam
1 fevral 2014 21:21
2
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Dilnen bawa sala bilerikse,doymek neye lazim?
1 fevral 2014 19:34
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri