Uşaqlar səhər yeməyində nə yeməlidirlər?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1630
Paylaş:
Səs ver:
(səs: 0)
Səhər yeməyini yeyən şagirdlər dərsləri daha yaxşı qavrayırlar

Səhv və ya normadan az qidalanmanın zəifliyə, yaxud köklüyə, diş çürükləri, qan azlığı, yod çatışmazlıqlarına səbəb olduğundan çoxumuz xəbərdarıq.
Uşaqların çoxu səhər yuxudan oyanmaq istəmirlər, süfrə arxasında da aclıq hiss etmədiklərini deyirlər. Bəzən hazır yeməyin, ya da uşağın sevdiyi yeməklərin süfrədə olmaması da onların iştahına təsir edir. Ancaq səhər yeməyi gecə aclığından sonra bədənin yenidən enerji yığması üçün çox vacibdir.
Gecə aclığından sonra səhər yeməyini yeməmək qan şəkərinin düşməsinə və bununla bağlı çox şəkərli, yağlı qidalar yemək arzusunun yaranmasına, öyrənmə və konsentrasiya qabiliyyətinin azalmasına səbəb olur. Səhər yeməyi qan şəkəri kimi bilinən qlükoza üçün qaynaq rolunu oynayır. Qlükoza beyin üçün ən vacib və yeganə enerji qaynağıdır. Beynin funksiyalarını normal yerinə yetirməsi üçün yüksək miqdarda qlükozaya ehtiyacı var. Araşdırmalar göstərir ki, səhər yeməyini yeyən şagirdlərin konsentrasiya və öyrənmə qabiliyyətləri digərlərinə nisbətdə daha yaxşıdır. Ümumiyyətlə, səhər yeməyini yeyən insanların gün ərzində işgüzarlıqlarının daha yüksək olması təsbit olunub.

Araşdırmalarda səhər yeməyi yeyən şagirdlərin:

• Sinifdə daha müvəffəqiyətli olduqları;

• Qavrama bacarıqlarının daha yaxşı olduğu;

• Problemləri daha rahatlıqla həll etdikləri;

• Qidalanma ilə bağlı yaranan xəstəliklərə daha az tutulduqları bəlli olub.

Uşaqlıqdan əldə edilən vərdişlərin gələcək həyatın təməlini təşkil edir. Buna görə də səhər yeməyini uşağa erkən yaşlarda öyrətməklə ona sağlam bir gələcək vermiş olarsınız. Üstəlik köklük, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, yüksək təzyiq kimi irsi xəstəliklərin çoxundan da uşağı qoruya bilərsiniz.

Bəs səhər yeməyində nə yeməli?

Səhər yeməyində ümumən karbonhidrat mənbəyi olan çovdar və ya tam taxıllı çörəkləri, meyvə, tərəvəz, protein mənbəyi olan pendir, yumurta, süd və qatığı, yağ qaynağı olan qoz, badam, fındıq, zeytun, təbii mürəbbə və cemlər, bəhməz kimi sağlam qidalar məsləhət görülür. Evdə səhər yeməyini yeməyə vaxtı olmayanlar üçün sendviç, yaxud tost yaxşı seçim ola bilər. Bulka, müxtəlif şirin bişmələr, hamburger kimi qidalardan səhər yeməyində mümkün qədər uzaq durmaq lazımdır.
Qəlyanaltı üçün təzə və quru meyvələr, qoz, badam, fındıq kimi yağlı çərəzlər, qutu südlər və ya təbii meyvə şirələri kimi praktik daşına bilən qidalardan istifadə etmək olar. Səhər yeməyi və qəlyanaltıların verildiyi məktəblərdə menyular ailələr tərəfindən yoxlanılmalıdır.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1630
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv