Uşağı əmzikdən nə vaxt ayıraq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 502
Səs ver:
(səs: 0)
Əmzikdən istifadə etməyə nə vaxt başlaya bilərəm?
Əmziklər və digər süni gilələrin ən az ilk 3-4 həftə körpələrə verilməməsi tövsiyyə olunur. Şəxsən mən məsləhət görürəm ki, əksər südəmər körpələrə–əgər onlar ümumiyyətlə əmziyi götürürlərsə – ananın süd ehtiyatı yaxşılaşana qədər (adətən 6-8 həftə) və 6-cı həftədə baş verən inkişaf sıçrayışı bitənə qədər ümumiyyətlə əmzik verilməsin. Bu yolla, siz süd ehtiyatınızı qoruya bilərsiniz. Odur ki, çox ehtiyacınız olan döş stimulyasiyasını əmziyə qurban verməməlisiniz.

Əmziyi istifadə etməyə başlamazdan əvvəl nələrə diqqət yetirməliyəm?

İlk həftələr başa çatdıqdan sonra, əmziyin istifadəsi nisbətən daha az problemlərə səbəb olur. Lakin, bunun üçün aşağıdakıları bilməyiniz vacibdir:
Heç vaxt süd əmizdirməni əmziklə əvəzləməyin və ya növbəti əmizdirməyə qədər dözsün deyə ona əmzik verməyin.
Araşdırmalar göstərir ki, əmzik əmən uşaqlar, əmməyən uşaqlardan daha tez süddən kəsilirlər. Çox güman ki, bunun səbəbi, körpənin böyüdükcə – bərk qidalar yedikcə – tez-tez döş istəməsinin səbəbi, əmmək istəməsidir. Əmzik əmən uşaqlar isə bu ehtiyaclarını döşlə qarşılamadıqları üçün, süddən daha tez kəsilmək qərarına gələ bilərlər.
Əmzik əmən bəzi körpələrdə süd yarası daha tez baş verir ki, bu yaralar da ananın döş gilələrinə keçə bilər.

Bir sıra araşdırmalar əmziklə qulaq infeksiyalarının artması faktı arasında əlaqəni göstərir.
Əmzik qırıldıqda və ya körpənin boynuna iplə salındıqda (ümumiyyətlə, əmzik bu cür bağlanılmamalıdır) boğulmağa və  ya nəfəs tutulmasına səbəb ola bilər. Təhlükəsizlik qaydalarına riayət edin və əmziklərin üzərindəki təhlükəsizlik barədə yazıları oxuyun. Həmçinin, yadda saxlayın ki, son zamanlar lateksə qarşı allergiya geniş yayılıbdır. Lateks əvəzinə, silikon əmziyə üstünlük verin.
Əmziklərdən uzunmüddətli istifadə, dişlərin nizamsız düzülüşünə səbəb ola və hətta tədricən yumşaq damağın deformasiyasına və ya nitq problemlərinə gətirib çıxara bilər.
Körpəyə əmzik vermək, ananın ovulyasiyanın baş verməsi və hamilə qalması şansını artırır. Əmizdirmə tezliyindən və digər amillərdən asılı olan yalnız ana südü ilə əmizdirmə, ilk 6 ay ərzində 98%-dən çox, digər 6 ay ərzində isə 94% effektivliyə malik olan hamiləliyə nəzarət üsuludur. Körpənin bütün əmmə ehtiyaclarının ödənilməsi, bu kontrasepsiya üsulunun effektivliyini artırır.

Əmzikdən nə zaman çəkinmək lazımdır
Əgər siz aşağıdakı problemlərdən hər hansı birini müşahidə edirsinizsə, ən azından problem həll olunana qədər, əmzikdən istifadəni dayandırmağınız məsləhətdir:
Əmzikdən istifadə əmmə tezliyini və davamiyyətini azaldırsa (yeni doğulmuş körpələr gün ərzində ən az 8-12 dəfə süd əmməlidirlər).
Körpə döşü tutmaqda çətinlik çəkirsə (bu, onun əmziyi və ananın döşünü səhv salması ilə əlaqədar ola bilər).
Körpənin çəki artımında problem varsa (bu halda, körpə mümkün qədər tez-tez əmizdirilməlidir).
Ananın döş gilələri ağrıyırsa (bu, körpənin əmziyi və ananın döşünü səhv salması səbəbilə fərqli əmmə şəkli ilə əlaqədar ola bilər).
Ana süd ehtiyatı ilə bağlı problemlər yaşayırsa (bu halda, süd ehtiyatını artırmaq üçün, o körpəyə əmzik verməməli, onu hər imkanda əmizdirməlidir).
Ana və/və ya körpə süd yarasına tutulubsa. Xüsusilə ondan qurtula bilmirlərsə və ya süd yarası təkrarlanırsa.
Körpə tez-tez qulaq infeksiyalarından əziyyət çəkirsə (qulaq infeksiyalarının artması faktı əmziklə əlaqələndirilir).

Əmziklər Qəfil Uşaq Ölüm Sindromunun (QUÖS) qarşısını almağa kömək edirmi?
Xəbərlərdə eşitmisinizmi ki, əmziklərdən istifadə QUÖS-ün qarşısını almağa kömək edir? Amerika Pediatriya Akademiyasının 2000-ci ilin mart ayında nəşr olunmuş Qəfil Uşaq Ölümü Sindromunun dəyişən konsepsiyaları: uşaqların yatdığı mühitin və yatış pozasının nəticələri adlı hesabatında aşağıdakılar yazılıbdır:
Son zamanlar aparılmış 4 araşdırmanın hesabatlarında, əmzikdən istifadə edən uşaqlar arasında QUÖS ilə əlaqəli hadisələrin sayının, əmzikdən istifadə etməyən uşaqlara nisbətən əhəmiyyətli dərəcədə aşağı olduğu bildirilir. Baxmayaraq ki, bu əlaqə güclü və ardıcıldır, əmziyin QUÖS-ün qarşısını aldığını sübut etmir. Körpələri QUÖS-dən qorumaq üçün əmzik mexanizmləri təklif olunmuşdur (məsələn, yuxarı nəfəs yollarının tutulmasına səbəb olan) lakin bunların QUÖS ilə əlaqəli olmasını nümayiş etdirən məlumatlar kifayət deyil. Əksinə, digər araşdırmalar göstərir ki, əmziyi süd əmizdirmənin davamlılığının qısalması, orta qulağın həssaslığının artması və dişlərin vəziyyətinin düzgün formalaşmaması ilə əlaqələndirilə bilər.
Operativ əməliyyat qrupu inanır ki, əmziklər haqqında spesifik tövsiyyələr verilməzdən əvvəl, əlavə yekun araşdırmalara ehtiyac var.

Yekun olaraq…

Əgər siz yuxarıda yazılanları diqqətdə saxlayaraq, əmzikdən nadir hallarda istifadə edirsinizsə, körpənizi nə vaxt əmizdirmək və nə vaxt ona əmzik vermək tamamilə öz seçiminizdir. İstənilən halda, yadda saxlayın ki, körpələrin qidaya olan ehtiyaclarını ödəməkdən başqa əmmə ehtiyacının olmasını bəyan edən heç bir elmi sübut yoxdur. Körpənin əmmə ehtiyacı varsa, ən yaxşısı onu əmizdirməkdir. Xüsusilə, əgər körpənin çəki artımında problem varsa. Ananın döşü ilk əmzik olub və bir çox hallarda ən yaxşı əmzik olaraq qalır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri