Uşaq sözləri

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 8 335
Səs ver:
(səs: 3)
Kiçik yaşlı uşaqların nitqi üçün səciyyəvi olan sözlər uşaq sözləri adlanır.Uşaq sözləri dedikdə uşağın böyüklərlə danışmaq üçün özlərinin yaratdığı sözlər başa düşülür.Belə sözləri uşaqlar yaradırlar.Uşaq sözləri normal danışıq dilinə uyğun gəlmir.Məs:qan-qan-tüfəng,nəm-nəm-yemək,qığın-maşın və.s.
Uşaq sözləri dildəki hər hansı sözün təhrif olunması,bəzən də səs təqlidi ,alliterasiya yolu ilə,eynicinsli səslərin təkrarı ilə yaranır.Məs:də-də,nə-nə,ba-ba,pə-pə və.s.
Uşaq sözləri uşaq nitqi ilə bağlıdı.Uşaq nitqi ilk əvvəl müxtəlif səs və səs birləşmələrindən qurulur.Məs:qa,fu,pa,ba,qx,bğ və.s.Xüsusilə ,uşaqlar üç ayından sonra qığıltı ,nəğməli səslər dövrünə qədəm qoyurlar.

Uşaq nitqindəki sözləri üç qrupa bölmək olar;
a)Uşaqların yaratdığı və işlətdiyi uşaq sözləri-bu sözlərin sayı azlıq təşkil edir,müəyyən səs birləşmələrinin təkrarı ilə yaranır.Məs:nə-nə,ba-ba,qa-qa,bə-bə....Belə uşaq sözlərini fərqləndirərkən onların hamı tərəfindən anlaşıqlı olduğu nəzərə alınır.

b)Avtanom uşaq sözləri-bu sözlər uşaqların böyüklərin nitqini təqlid etməsi ilə yaranır.Avtanom uşaq sözləri uşaqlara əsil sözləri mənimsəyənə qədər imkan yaradır.Bu sözlər o qədər çox deyil.Məs:bəbə-körpə,piş-piş-pişik,pa:pa-ata,vava-ağrı,ham-ham-it və.s.

c)Böyüklərin uşaqlara müraciətlə işlətdiyi uşaq sözləri-bu qəbildən olan sözlər böyüklər tərəfindən işlədilər.Məs:düt-düt-maşın,bay-bay-yatmaq,maç-maç-öpmək,inqa-inqa-ağlamaq,cıza-qorxu,akka-ayaqqabı və.s.

Uşaq sözlərində isimlərin,sifətlərin,sayların,əvəzliklərin,fellərin,zərflərin özünəməxsus xüsusiyyətləri vardır.
İsimlər uşaqların nitqində istifadə olunan ilk sözlərdir.Uşaqlar əvvəllər isimləri təkdə işlədirlər(1 yaş 9 ayına qədər),Sonralar ismi cümlədə cəmdə düzgün işlədirlər(1 yaş 10 ayından sonra).Sifətlər uşaqların nitqində iki yaşın sonlarında yaranır.Uşaqlar sifətlərlə,əşyaların rəngini,böyüklüyünü,kiçikliyini,dadını və.s göstərə bilərlər.Sayları-uşaqlar sayları nisbətən gec mənimsəyirlər.Əvəzliklər uşaqların nitqində işlənməyə başlandıqdan  düzgün deyilir və tələffüzdə çətinlik yaranmır.Fellər uşaqların nitqində ilk dövrlər əmr formasında olur(təqribən 1 yaş 3 ayından 1 yaş 8 ayına qədər).Felin inkar formasını düzəltmək üçün uşaq nitqində "yox"sözündən istifadə olunur.Zərflər uşaqların nitqində yer,zaman,kəmiyyət zərfləri ayrı-ayrı yaş dövrlərində işlənir və getdikcə onların sayı çoxalır..
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 8 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri