Uşaqların əsassız istəkləri qarşısında təslim olmayaq

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 756
Səs ver:
(səs: 3)
Uşaq böyüdükcə müxtəlif ehtiyacları yaranır, onun tələb və istəkləri artmağa başlayır. Ata-ana bu təbii ehtiyacları əsaslı şəkildə təmin etməlidirlər. Bu ehtiyaclar təmin edilməzsə, yaxud ata-ana tərəfindən gözardına vurularsa uşağın davranışında problem yaranar və uşaq-valideyn münasibəti keyfiyyətli nəticə verməz. Lakin uşaqların ağlabatmayan, əsassız istəkləri də olur və çox vaxt zor vasitəsilə onu əldə etməyə çalışırlar. Körpə yaşlarda uşağın silahı göz yaşları, sonrakı illərdə göz yaşları ilə yanaşı qışqırıb-bağırmaq, küsmək və bu kimi işlərdir. Belə hallarda valideyn, xüsusilə də ana uşağın əsassız istəkləri qarşısında müqavimət göstərməli, uşağın göz yaşlarına, qışqırıb-bağırmasına təslim olmamalıdır.

Əgər bu üsul bir neçə dəfə təkrar edilərsə, uşaq ağlayıb haray salmaqla hər işi görə bilməyəcəyini və hər istədiyini əldə edə bilməyəcəyini anlayar. Nəticədə öz hərəkətlərini yenidən gözdən keçirməyə başlayar.

Bəzi analar uşaqların belə istəkləri qarşısında müqavimət göstərmir, nəticədə uşaq ərköyünləşib zorakılıq göstərir.

Bu dövrdə uşağa sərbəstlik verib, mehribanlıq göstərməyin lazım olduğunu vurğulamaqda məqsədimiz uşaqların ağlabatmayan istəklərinə tabe olmaq, yaxud onları ərköyün və zorakı yetişdirmək deyil.

Hər bir işdə, hətta çox istəmək, hörmət qoymaq, sərbəstlik vermək və bu kimi işlərdə mübaliğə, həddini aşmaq düzgün deyil.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri