Yalanı uşağa kim öyrədir?

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 1 996
Səs ver:
(səs: 2)
Övlad – ailəni ailə kimi qoruyan!
Övlad – olmayanda ailələr dağılar!
Övlad – uğruna can verilə biləcək varlıq!


Övlad anlayışını və onunla başlayan problemləri burada qeyd etməyə başlasam, bəlkə də bitməz, xüsusilə Azərbaycan ailəsindəki övlad üçün. Amma bu gün ümumi övlad anlayışına deyil, onunla bağlı bəzi problemlərdən birinə toxunmaq istəyirəm. Təxminən hər dörd ailədən birində rast gəlinən bu problem uşaqların yalan danışmasıdır.

Gəlin araşdıraq: 4-6 yaş arasında olan uşaqlar yalanı hardan öyrənir?

Apardığım müşahidələr zamanı aşkara çıxdı ki, biz uşaqlarımıza çox vaxt yalanı və başqa bu tip pis keyfiyyətləri özümüz öyrədirik. Ya bilərəkdən, ya bilməyərəkdən bu keyfiyyətlərin toxumunu uşağın beyninə səpirik .

Yəqin bunu oxuyan an hamınız "ola bilməz” deyəcəksiniz .

Amma gəlin misallar verim : Ailədə kişi xanımının hansısa qohumunu sevmir və məsələn, onun evlərinə gəlməsini istəmir. Nəhayətində bu istənilməyən qonaq evə gəlir və ər – kişi işdədi. Qadın ailədə söz-söhbət duşməsin deyə uşaqlara tapşırır ki, axşam ata evə gələndə filankəs xalanın bizə gəldiyini deməyin. Hətta bəzən ata sizdən soruşsa belə gəlmədiyini deyin ...

Yüzlərlə belə misallar çəkmək olar. Amma yuxarıda çəkdiyim bu bir misalla kifayətləndim. Həyatınıza baxın, nə qədər belə oxşar hadisələr baş verir.

İndidən uşaqlarınızı zəhərləməyin . İndi uşaq kimi baxdığınız övladınız gələcəyin parlaq simasıdır.

Kökü yalandan qoyulan heç bir iş uğurlu alına bilməz .

Nəzərə alın və heç olmasa həyatınıza tətbiq edin
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri