“Ana, mən aşiq olmuşam” – Valideynlər, diqqət!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 799
Səs ver:
(səs: 4)
Həyatın sürətli axını, texnologiyanın günü gündən davam edən inkişafı və s. kimi proseslər heç şübhəsiz uşaqların düşüncə tərzinə də təsir göstərir. Günümüzdə 3-4-cü sinif şagirdlərinin düşüncə tərzi artıq bir neçə il bundan əvvəlki 15 yaşlı nəslin düşüncə tərzi ilə eynidir.

Təsəvvür edin 6 yaşlı övladınız bir gün gəlib "Ana, mən aşiq olmuşam” desə nə edərsiniz?  Psixoloqlar valideynlərin bu cür vəziyyətdə  necə reaksiya verməli olduğunu və bu işin düzgün üslubda necə həll edilməsi yollarını aydınlaşdırıblar. YeniQadın Biz psixoloq rəyini təqdim edir:

Mütəxəssislər uşaqların və böyüklərin sevgi, eşqlə bağlı düşüncələrinin eyni olmadığını deyir. Əgər övladınız sizlə bu cür mövzuda danışmaq istəyirsə onu sakit və mülayim qarşılayın. Təşvişə düşməyə heç bir əsas yoxdur. Qətiyyən övladınızı lağlağı obyektinə çevirməyin. Onu dinləməyə çalışın. O dəqiqə sorğu-suala tutmayın. Tənqid və təhqir dolu fikirlərdən uzaq durun. Onu bu yaşda aşıq ola bilməyəcəyinə inandırmağa çalışmayın. Övladınızı utandıracaq heç bir söz söyləməyin. Onun hisslərini bölüşün. Heç vaxt həmin anda ona hökm oxumayın. Bəlkə gələcəkdə sizə başqa insanlarla olan münasibətdən də bəhs edəcək. Çalışın övladınızla ünsiyyətinizə məhdudiyyət qoymayın. Valideynlər övladlarının bütün duyğularını bölüşüb rahatlaması üçün hər vəziyyətə hazır olmalıdırlar.  Öz duyğularını sizlə bölüşən az yaşlı övladınıza "ayıbdır, utanmırsan” və s. qüruruna toxunan sözlər sərf etməyin. Bu cür ifadələr uşaqların özünü günahkar, təqsirli hiss etməsinə səbəb olur. Valideynlərin bu cür münasibəti uşaqların gələcəkdə əks cinslə münasibətində daima özünü günahkara, təqsirli bilməsinə səbəb olur. Bu isə onların sevgi münasibətlərindən uzaqlaşmasına gətirib çıxarır. Bəzi insanların ailə qurmaqdan qorxması kimi hallar da məhz uşaqlıqdakı bu cür travmaların nəticədir. Unutmayın ki, uşaqların sevgisi məsumdur. Övladınız sadəcə dostu və rəfiqəsi ilə yaxın olmaq istəyir. Özlərini qəbul etdirmə duyğusu onlar üçün daha vacibdir. Uşaqlar sadəcə bayramda və s. kimi özəl günlərdə bir yerdə olub daha çox oyun oynamaq istəyirlər. Bu isə onların həm ən təbii haqqı, həm də ən pak istəkləridir.

Valideynlərin övladlarının bu cür istəklərini sevgi və inam hissinin inkişafı kimi qəbul etməsi ən doğru yanaşmadı. Heç vaxt uşaqların bu istəyinin qarşısını alaraq onların özlərini dəyərsiz hiss etməklərinə  zəmin yaratmayın. Ətrafdakı münasibətlər, TV proqramları, seriallar  uşağın eyni ilə təkrar edəcəyi bir proseslərdi. Bu məsələdə valideynlər olduqca seçici davranmalıdırlar. Uşaqlar öz yaşına uyğun olmayan bir proqram izləyirsə, oradakı obrazlar kimi davranacağı istisna edilmir.

Uşaqlar eşq ilə bağlı bir çox şeylər danışaraq sizin diqqətinizi çəkmək istəyə bilər. Valideynlər bu cür vəziyyətlərdə məsləhət və təkidlərdən uzaq duraraq yalnız onu dinləməlidir. Bununla yanaşı, uşaqlara sevginin önəmi, vacibliyi haqqında qısa məlumat da vermək olar. Ancaq övladınızın hər zaman valideynlərinin münasibətini özlərinə nümunə götürəcəyini də unutmayın. Sizin onlara deyəcəklərinizdən çox həyat yoldaşınızla olan münasibətiniz təsir edəcək. Uşağın yanında həyat yoldaşınıza xüsusi diqqətçəkən sevgi ifadələri işlətməyin. Hislərinizi ifadə edən davranışlarınızı uşaqların gözü qarşında büruzə verməyin. Bu uşaqların yanında heç bir sevgi ifadəsinin istifadə edilməməsi kimi anlaşılmamalıdır. Sadəcə, onun yaşına, qavrayışına uyğun kəlmələrdən istifadə etmək daha məqsədəuyğundur.

Bəzən uşaqda öz müəlliməsi, atası və ya anası ilə evlənmək istəyi yaranır.  Valideynlər övladlarının bu cür düşüncəsindən əsla narahat olmamalıdır. Bu uşağın valideynini və ya müəllimini bəyəndiyinin göstəricidir. Əgər övladınızın sizə etibar etməyini istəyirsinizsə, onu dinləməyi bacarmalısınız. Uşağınız sizə yalan danışırsa bunun bir günahkarı da sizin tutduğunuz yalnız mövqe və üslubunuz olduğunu unutmayın.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri