Uşağı pulla tanış edərkən səhvə yol verməyin

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 2 360
Səs ver:
(səs: 2)
Uşağınızı pulla tanış edərkən onlara öyrətməli olduğunuz bəzi nəsnələr var. Valideynlərin pulla bağlı uşaqlarına öyrətdiyi bəzi yanlışları təqdim edirik.

Pul yaxşıdır, ya pisdir?
Pul sadəcə bir kağızdır. Yəni pis, ya yaxşı tərəfləri yoxdur. Biriləri pulu sizə qarşı istifadə etmək istərsə, o zaman "pis” olur. Pul da insanın onu pis, ya yaxşı niyyətlə istifadə etməsindən asılı olaraq "yaxşı”, ya "pis” olur.

Pulunuzu xərcləməyib yığmalısız
Uşaqlara pulu xərcləməyib yığmağı öyrətmək çətin deyil. Ancaq bəzən bu məsələdə o qədər sərt oluruq ki, həddimizi aşırıq. Bütün pulunuzu yığsanız, həyatınızı ötürmüş olarsız. Uşağınıza pulunun bir qismini yığmağı, digər qismi ilə həyatın dadını çıxarmağı öyrətməlisiz.

Pul hər şeyi satın alar
Həyatda pulun sizə bəxş edə biləcəyi çox şey var. Bir yandan da həyatda pulun satın ala bilməyəcəyi bir çox şey var. Pulun həyatda sevgi, qürur, xoşbəxtlik, dostluq, hörmət, özgüvəni satın ala bilmədiyini onunla oturub danışmalısız

Pul kimdədirsə, güc ondadır
Bu, sizin xəbəriniz olmadan uşağınıza öyrətdiyiniz bir məlumatdır. Məsələn, evdə siz, ya həyat yoldaşınız pul qazanır və pulun xərclənməsinə o öhdəlik edirsə, siz də ondan icazə alırsızsa, bu, uşağa mənfi təsir edir. Uşaqlar "pulu idarə edən digər hər şeyin idarəsini əlində tuta bilər”, - deyə düşünürlər. Ailə büdcəsini həyat yoldaşınızla bərabər idarə edin.

Pulun idarəsi məsələsində bir doğru yol var
Uşağınıza qazandığından daha azıyla yaşamaq lazım olduğunu öyrədin. 
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri