Ürəklərin tarlası

Müəllif: Qlamurr
Şərhlər: 9
Baxılıb: 2 215
Səs ver:
(səs: 3)
ALLAH valideynlərə təntənəli və müqəddəs bir işi etibar edib. Onlar ürəklərin tarlasında işləməlidirlər. Onlar öz uşaqlarının qəlbində böyük səy və qayğı ilə bağ salmalı, xeyir toxumları səpməli və hər cür alaq otunu qətiyyətlə təmizləməlidirlər. Xarakterdəki hər hansı çatışmazlıqları və nöqsanları düzəltmək lazımdır, çünki xarakterin gözəlliyinə ləkə vururlar.

Dünyada belə bir tendensiya mövcuddur ki, gənclərə öz təbbi meyllərinə uyğun hərəkət etməyə icazə verilir. Onların həddindən artıq tərbiyəsizliyi özünü büruzə verəndə isə valideynlər deyirlər ki, bu, qorxulu deyil — onlar bir müddətdən sonra nizamlı davranacaqlar və on altı-on səkkiz yaşlarına çatanda özlərilə bağlı düzgün nəticəyə gələcək, köhnə meyllərini arxada buraxacaq və nəhayət insanlar üçün fayda verəcəklər. Necə də səhv düşüncədir! Valideynlər yalan prinsiplərin inkişafına illərlə şərait yaratmışlar və hər dəfə bu cür böyümüş uşaqların düzgün yola qaytarılması üçün olunan cəhdlər boşa çıxır. Onlar valideynlərin icazəsiylə formalaşmış xarakterlərini nümayiş etdirirlər.

Gənclər heç nəyə fərq qoymadan hər şeyi öyrənməli deyillər. Qoy valideynlər xeyirin nə vaxtsa üstün gələcəyinə və şərin gücdən düşəcəyinə arxayın olmasınlar. Şər xeyirdən daha sürətli inkişaf edəcək. Ola bilsin ki, uzun illərdən sonra əyriliklər həqiqətən də aradan qalxsın, lakin kim buna zəmanət verə bilər. Uşaqların ürəklərində təmiz, xeyirxah toxumlar səpmək, alaq otları ilə mübarizə aparmaqdan daha asan və təhlükəsizdir. Gənclərin düşüncəsində kök salmış fikirləri məhv etmək çox çətindir. Buna görə də gənclərin düşüncələrinin düzgün olması və zəif qabiliyyətlərinin düzgün istiqamətə yönəldilməsi çox vacibdir.

Əkmək və becərmək. Hələ ilk yaşlarından uşağın ürəyinin torpağını hazırlamaq, sonra isə ehtiyatla həqiqət toxumlarını səpmək və onlara qulluq etmək lazımdır. Onun üçün edilmiş hər bir işi qiymətləndirən ALLAH isə bu toxuma həyat verəcəkdir. Əvvəlcə yaşıl cücərti baş qaldıracaq, sonra sünbülə çevriləcək, ən sonda isə sünbülün içi buğdayla dolacaq.

Tarlanı baxımsız qoysaq, çox tezliklə alaq otları baş qaldırar və onları məhv etmək çox çətin olar. Ona görə də yeri yaxşıca belləmək alaq otlarına cücərmək imkanı vermədən təmizləmək lazımdır. Əgər valideynlər qiymətli toxumlar toxumlar səpmək qayğısına qalmır, lakin qiymətli buğda əldə etməyə ümid edirlərsə, məyusluğa düçar olacaqlar, çünki onların yığdıqları tikan və qanqal olacaq.

Uşaqlarımıza münasibətdə yorulmaz diqqət və qayğı göstərməliyik. Hələ ilk yaşlarından şər onların xarakterləri və iradələri üzərində işləməyə başlayır və bunun üçün müxtəlif yollara əl atır. Uşaqların təhlükəsizliyi valideynlərin müdrikliyindən və daimi qayğısından asılıdır.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri