Uşaqlarla düzgün davranış qaydası

Müəllif: aliceWOnDer
Şərhlər: 10
Baxılıb: 1133
Paylaş:
Səs ver:
(səs: 2)
Hər ana -ata uşağı üçün bir çox detalı planlaşdırır, uşağı üçün hər şeyin ən yaxşısını istədiyi üçün onlara bol miqdarda  nəzarət edir.

Bu davranış forması uşaqlar üçün məcburedicidir. Uşaqlardan bu nəzarətin qüsursuz qarşılanmasını istəmək qarşıdurmalarınyaranmasına səbəb ola bilər. Bu tələblərə cavab verməyə müqavimət göstərən uşaq da valideynlərinin gözündə söz dinləməyən uşaq tipinə çevrilir.Uşaqlar söz dinləməz, çünki uşaqlar yetkinlərin ağızından çıxan sözlərə görə hərəkət edən robotlar deyil.Uşaqların istəkləri, maraqları, hərəkət etmə və qayğı görməyə ehtiyacı vardır. Uşağın bu ehtiyacları və istəkləri yetkinin məşğul və planlı həyatında işlərin yolunda getməməsinə səbəb olan bir maneə halına çevrilə bilər. Ana və ata uşağı üçün, bir çox detalı planlaşdırır: səhər qalxma saatı, yeyiləcək olan yeməklər, yatma saatı və s. Bu valideynlərin uşağı üçün hər şeyin ən yaxşısını istəmək arzusudur. Əllər yuyulmalı, çirkli paltarlarla gəzməməli, evdə qaçmamalı, əlləriylə bir şey yeməməli, yalan danışmamalı, oyuncağını paylaşmalı, zamanı yaxşı istifadə etməli, sürətli geyinməli, ev tapşırıqları vaxtında edilməli, qardaşla yaxşı dolanılmalı kimi bol miqdarda nəzarəti qarşılamaq bir uşaq üçün məcburedicidir. Bu səbəblə qarşıdurmalar yaşanır. Qısası, ana- atanın nəzarətinə, ideallarına görə davrana bilməyən uşaq söz dinləməyən uşaq etiketini alır.Uşaqların yetkinin gözlədiyi istəklərə uyğun davranmağa razı salmanın tək yolu, onlara bir şeyləri  əmr etmək deyil, söyləməkdir. Ana-atalar bunun başa düşsələr, söz dinləməyən uşaq imici də ortadan qalxar. Hər uşağın ehtiyacına uyğun intizam anlayışı ilə hərəkət etmək kifayətdir. Ümumiyyətlə, uşaqların ehtiyacları nələrdir deyə düşündüyümüzdə, əsas amilləri bu şəkildə sıralaya bilərik:

Özlərinə qarşı inam ehtiyacı: Uşağın çətinlik çəkdiyi bir davranışı dəyişdirə biləcəyinə əvvəl ana -atanın inanması lazımdır. Əgər yetkinin bu mövzuda ümidi yoxdursa, uşaq bunu hiss edəcək. "Nə də olsa bir şey düzəlməz, nə desəm boşdur" düşüncələriyləuşaqda istədiyiniz davranışı yaradıla bilməz.

Şərtsiz qəbul edilmə ehtiyacı: Nə etmiş olursa-olsun hər halıyla qəbul edilmə və sevilmə ehtiyacı ödənilməyən uşaq, ana- ata ilə əməkdaşlıq etmə mövzusunda çətinlik çəkir, davranışını dəyişdirməkdənsə müqavimət göstərər və ya bunu heç əhəmiyyətli də hesab etmir.

Əsaslı və qərarlı yanaşma: Hər gün eyni gözlənilən tələb içində olmaq əhəmiyyətlidir. Bir gün dişini fırçalamamasına əhəmiyyətli bir şey deyilmiş kimi yanaşıb, sabahısı gün unutmamasını gözləsək, davranış dəyişikliyi meydana gətirməkdə heç nə əldə etməyəcəyik.  

Bacara bildiyini görmə ehtiyacı: Nə edirsə -etsin, yaxşı olmadığını hiss edən bir uşaq dəyişmək üçün səy göstərməyəcək. Bu səbəblə kiçik səylərini belə ona hiss etdirməli və bunu uşağa deməlisiniz. Həftənin hər günü yatma saatını gecikdirən bir uşaq həftədə bir gün zamanında yatmağı bacarırsa, bu əhəmiyyətli bir inkişafdır. Bunu həftənin iki gününə çıxara bilmək əhəmiyyətlidir.

Ehtiyac duyduğu zamanı verə bilmək: Uşağın sürətində irəliləmək əhəmiyyətlidir, yetkinin tələsik gözləməsinin uşağın dünyasında yeri yoxdur. Qısa müddətdə hər istəyə uyğunlaşma təmin etməsini gözləmək ana -ata ilə uşaq arasında qarşıdurmaların artmasına səbəb olacaq.
Uşağın edə biləcəyi davranışı ondan gözləmək: Uşaq yaşına və qabiliyyətlərinə uyğun olmayan istəyi bacara bilməyəcəyi üçün, hər ana -atanın uşağın içində olduğu yaş xüsusiyyətləri haqqında məlumata sahib olması əhəmiyyətlidir. Məsələn, məktəbə getməyən bir uşağa "otağını yığışdır" demənin bir mənası yoxdur. O yaşda bir uşaq daha detallı bir tapşırığı anlaya bilər və tətbiq edə bilər." Yerə dağılan oyuncaqlarını oyuncaq qutusuna qoymalısan" demək daha düzgün bir istəkdir.
Davranışı dəyişdirmə müddətində ana-atanın uşaqla əməkdaşlıq etməsi: Uşağınızda formalaşmasını istədiyiniz bütün davranışlar yalnız uşağınızın deyil, ailənin bütün fərdlərinin məsuliyyətindədir. Uşaqlar edilməsi lazım olanların əmr edildiyi mühitlərdə deyil, hər kəsin bərabər çalışdığı mühitdə iştirak etdiklərində məhsuldar olurlar.

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 1133
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aliceWOnDer
usaga baxmaq cox cetindi
11 may 2015 22:45
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
usaqlari anlamaq dinlemek dost olmaq lazimdi
5 may 2015 22:14
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nur k-off
Valideyn gerek övladile her zaman dost olmalidir amma gerek perdeni aradan götürmesinler
5 may 2015 20:53
8
SVETA
Offline
Fialka
Ailədə uşağın inkişafı, ümumi tərbiyəsi üçün müəyyən normalar qoyulur. Və bu normalar yekdilliklə böyüklər tərəfindən eyni olmalıdır daha ana bir tərəfdən ata nənə, babada bir tərəfdən başqa cür təsir edirsə uşaqda hansı sərf edirsə o tərəfə də meyilli olacaq nəticədə düzgün tərbiyyə çox çətin və ya heç olmayacaq. Buna görə uşaq tərbiyyəsində hər kəs eyni bir fikirdə olmalı və əmriyanə tonda deyil daha yumşaq formada başa salaraq ünsiyyət qurmaq lazımdır.
5 may 2015 20:53
7
Online
aziz a
Hessas meselelerdendi.Cox ciddi yanasmaq lazimdir.Insanin ovladinin terbiyeli, qanacaqli, savadli boyuk kicik yeri bilen olmasi onun en boyuk hediyyesi kimi deyerlendirilir...
5 may 2015 20:45
6
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Valideyn her zaman oz davranislari ile ovladlarina ornek olmalidir. Usaq evin guzgusudur ne hereket gorurse onu da goturur
5 may 2015 20:35
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
adsiz-a
Uwaqi qetiyan doymey olmz sozle bawa slmaq lazimdi
5 may 2015 19:54
4
Offline
Zeynep_Fatih
Sitat: guler19
Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.

tam raziyam

Sitat: guler19
Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.

tam raziyam
5 may 2015 19:48
3
Offline
guler19
Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.
5 may 2015 19:41
2
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
Tomris Müslümova
basa salmaq lazimdi usagi 100 defe de olsun tekrar et ama basa dusene kimi denen..doymekle filan usaq pis cixmasin sırtılır
5 may 2015 19:41
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv