Uşağınız yeni körpənizi qısqanmasın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 276
Səs ver:
(səs: 0)
Ailənin yeni üzvünü gözləyirsiniz. Ancaq uşağınız indidən narahatdır. Çünki, yeni doğulacaq körpənin onun həyatına necə təsir göstərəcəyini bilmir. Bəlkə də ata-anasının artıq onunla maraqlanmayacağını düşünür.

Ona görə də tez-tez özündən çıxır. Elə isə sizin də borcunuz onu psixoloji cəhətdən bu hadisəyə hazırlamaqdır. Bəs bunun üçün nə etməlisiniz? Hər şeydən əvvəl yeni doğulacaq körpə barədə onu məlumatlandırmalısınız.

Uşağınızın bu barədə bütün suallarına cavab verməli, yeni körpənin ona olan sevginizi azaltmayacağını bildirməlisiniz. Uşağınızı psixoloji cəhətdən hazırladıqdan sonra yeni doğulacaq körpə ilə onun arasında "əlaqə" qurmalısınız. Məsələn, bətninizdəki körpəni oxşamasına icazə verməlisiniz.

Bundan başqa, körpənin uşağınız üçün tərpəndiyini və ona öpüş göndərmək istədiyini də deyə bilərsiniz. Körpəniz üçün alış-verişə çıxdıqda onun da fikirlərini öyrənin. Digər tərəfdən, doğum zamanı uşağınızı onun istədiyi adamların yanında qoyun.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri