Uşaq böyütmək çətinləşdi, yoxsa gənclik tənbəlləşdi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 291
Səs ver:
(səs: 2)
Ailə qurmaq, ailəyə sahib durmaq, onun bütün qayğılarını çəkmək heç də asan iş deyildir. Hələ mövzu uşaqdan düşdüsə, şikayətlər daha da çoxalır. Xüsusən də indiki zamanda. Niyə indiki zaman deyirəm? Çünki hansı gənc ailəni dindirib danışdırsaq, hamısı giley dolu narazılıq yağdıracaq üstünə. Yaxında, qohumda, qonşuda 5 yaşında uşağı olan bir ailəyə: "Niyə ikinci uşaq haqqında düşünmürsünüz?” sualını verməyə peşman olursan. Şikayət şikayət üstünə yağır. "Ay bu uşaq bilsəniz necə nadincdir, bu uşağa yemək yedizdirmək müşkülə çevrilib, bu uşaq yuxu nədir bilmir, cin kimi gecə yarısına kimi ortalıqda gəzir. Daha nələr, nələr…yox, istəmirəm, indiki zamanda uşaq böyütmək zülümdür, biri bəsimizdir”. Əksəriyyətinin verdiyi cavabdır bu, yəqin ki, mənimlə razılaşarsınız.
İlk öncə uşaq saxlamağın çətinliyinin tərəfləri haqqında müqayisə aparmaq istərdim. Gəlin bir 30 il əvvələ qiyabi səyahət edək. Daha doğrusu mən sizi o zamanın şəraiti ilə tanış edim. Təsəvvür edin, ana südü ilə qidalanmayan bir uşaq böyüdürsünüz. İndiki zamandakı kimi min bir çeşiddə uşaq yeməkləri də yoxdur. Tapsan da, hazırlanması vaxt aparır, sən isə uşağa da baxmalısan: bir əlin həm yemək bişirməli, bir əlin də ac uşağı sakitləşdirməlidir.
Körpə uşaqların ilk dövrlərdə ciddi problemlərindən biri, təcrübəsiz anaları qorxuya salan hal köplərinin olmasıdır. Əczaxanalardaa "şüyüd suyu” alırdılar və köp vardısa süyüd suyu verirdilər. Şüyüd suyunun da 3, ya da 5 gün saxlama müddəti vardı. Qayğılarının çoxluğundan ana bəzən saxlama müddətinin bitdiyini heç bilmirdi və bir də uşağın sancıları başlayanda məlum olurdu ki, evdəki şüyüd suyunun vaxtı keçib. Onda ana məcbur olurdu ki, səhərəcən körpəsini qarnı aşağı gah dizinin üstünə qoyub kürəyini astaca masaj etsin, ya da qucağında dik saxlayıb evin içində o baş-bu başa gəzməliydi ki, uşaq sakitləşsin, qarnındakı köpü çıxsın.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri