Məktəb yaşlı uşaqlarda depressiya əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 554
Səs ver:
(səs: 0)
Uşaqlıq dövründəki depressiyalar məktəbə qədər və məktəb dövrü olaraq iki yerə ayrılır. Müəyyən bir depressiya halının yaranma ehtimalı uşaqlıq dövründə yüzdə 1,7 %, yeniyetməlikdən əvvəlki dövrdə yüzdə 5%, yeniyetməlik çağında isə yüzdə 15 % olur.

Araşdırmalara görə yaş artdıqca depressiyaya düşmə nisbəti də artır. 9-19 yaş arası qızlarda (oğlanlara nisbətən) müşahidə olunan depressiyada daha çox hormonal və genetik faktorlar təsirlidir.

Uşaqlarda baş verən depressiyanın isə əsas amili uşağın öz çevrəsi ilə münasibət qura bilməməsidir. Ümumiyyətlə, depressiyaya düşmüş uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunur:

• Davranış pozğunluğu;
• Maraq və fəaliyyətlərinin azalması;
• İstəksizlik;
• Daimi naratlıq;
• Yuxusuzluq;
• İştahasızlıq;
• Gecə kabusları;
• Tək yata bilməmək;
• Yerini islatmaq;
• Baş və qarın ağrıları;

Ana və ya atasını itirmiş uşaqlarda depressiyalara düşmə 2-3 dəfə artıq müşahidə olunur. Əgər depressiya vaxtında aşkarlanmazsa və ya ona lazımi əhəmiyyət verilməzsə, zamanla qarşısının alınması daha çətin olan problemlərə səbəb olar.
Depressiya müalicəsində ən əhəmiyyətli mərhələ, uşağın ailəsi ilə olan münasibətlərinin yenidən qurulması və cəmiyyətdəki stress faktorlarından uzaqlaşdırılmasıdır. Bunu da qeyd etmək lazımdır ki, mərhələdə uşağın depressiyadan çıxma mərhələsində valideynin rolu çox böyükdür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri